Mənəvi dəyərlərdən doğan həmrəylik və dialoq
21.09.2026 [13:10]
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu yalnız siyasi, iqtisadi və diplomatik uğurlarla deyil, eyni zamanda ölkəmizin humanitar və mənəvi dəyərlərin təşviqinə verdiyi töhfələrlə də müəyyən olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə müxtəlif dinlərə və mədəniyyətlərə hörmət, qarşılıqlı anlaşma, tolerantlıq və sülh ənənələrinin qorunması xüsusi yer tutur. Bu baxımdan dövlət başçısının sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi mühüm əhəmiyyət daşıyır.
Görüşün Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirildiyi bir vaxtda baş tutması diqqətçəkən məqamdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu iki tədbirin eyni vaxtda keçirilməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan özünün zəngin tarixi-mədəni irsi, böyük alim və mütəfəkkirləri ilə fəxr edir və onların irsini yalnız milli sərvət kimi deyil, bütövlükdə İslam dünyası üçün mühüm mənəvi xəzinə kimi qiymətləndirir. XII əsrdə Nizami Gəncəvidən başlayaraq Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin yaradıcılığı Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi misilsiz irsin miqyasını göstərir.
Azərbaycanın dini-mənəvi sahədə həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də İslam həmrəyliyinin möhkəmləndirilməsi ilə yanaşı, müxtəlif dinlərin və məzhəblərin nümayəndələri arasında qarşılıqlı hörmət və anlaşmanın təşviq edilməsidir. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğulandığı kimi, ölkəmizdə formalaşmış tolerantlıq mühiti Azərbaycanın tarixi ənənələrindən qaynaqlanır. Bu yanaşma Azərbaycanın beynəlxalq platformalarda dini və mədəni dialoqa verdiyi töhfələrdə də öz əksini tapır.
Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin Bakıda bir araya gəlməsi də Türk dünyasında dini-mənəvi əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Təşkilata üzv və müşahidəçi ölkələrin dini liderlərinin iştirakı ilə keçirilən görüşlər ortaq dəyərlərin qorunması, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm platforma yaradır. Eyni zamanda, Qafqaz xalqlarının dini liderlərinin bu prosesə cəlb olunması bölgədə sülh, sabitlik, mehriban qonşuluq və qarşılıqlı ehtiram ideyalarının möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm Türk dünyasının, həm də İslam aləminin əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bakının beynəlxalq dini və humanitar tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilməsi ölkəmizə göstərilən etimadın və Azərbaycanın təşəbbüslərinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin göstəricisidir. Son illərdə müxtəlif dini liderlərin və nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin Azərbaycanda keçirilən tədbirlərdə iştirakı bu siyasətin ardıcıllığını bir daha təsdiqləyir.
Belə görüşlər və beynəlxalq tədbirlər Azərbaycanın zəngin mənəvi irsinin dünyaya təqdim olunmasına, xalqlar və dinlər arasında dialoqun inkişafına, Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, onları müasir dünyanın sülh və həmrəylik çağırışları ilə uzlaşdırmağa imkan verir. Bakıda keçirilən görüş də bir daha göstərir ki, Azərbaycan mənəvi irsə söykənən, qarşılıqlı hörmət və dialoqu təşviq edən siyasəti ilə regional və beynəlxalq əməkdaşlığa öz töhfəsini verməkdə davam edir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23

