Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müstəqilliyimizin əbədiliyi təmin edildi

Müstəqilliyimizin əbədiliyi təmin edildi

30.09.2026 [14:12]

Hər bir ölkənin tarixində onun gələcək taleyini, siyasi sistemini, iqtisadiyyatını və mədəniyyətini
kökündən dəyişdirən dönüş nöqtələri mövcuddur. 3 oktyabr 1993-cü il də  bu dönüş nöqtələrindən
biridir. Həmin tarixdə Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu  ilə  Prezident seçildi. 
Artıq bu mühüm tarixi hadisədən 33 il keçir. İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının,
onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin
əzəməti daha aydın görünür. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən
bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri dövlətçiliyimizin mövcudluğu üçün ciddi
təhlükələrlə xarakterizə olunur. Sovetlər Birliyinin dağılması ilə Azərbaycan müstəqillik qazansa
da reallıqda daxili hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə, siyasi ambisiyaların milli
maraqlardan üstün tutulması ölkəni böyük təhlükələrlə üz-üzə qoymuşdur.  Vətəndaş müharibəsi
təhlükəsi real xarakter alırdı. Belə bir şəraitdə xalqımız qurtuluşu Ulu Öndər Heydər Əliyevdə
gördü. Azərbaycan xalqı əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz Lider Heydər Əliyevi
hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbə ilə
Bakıya qayıtdı. Azərbaycanın müstəqilliyi qorundu, ölkədə tüğyan edən ictimai-siyasi böhran
aradan qaldırıldı, inkişafın təməli qoyuldu. Müstəqilliyimizin gerçəkləşməsi və ictimai-siyasi
həyatımızın bütün istiqamətləri üzrə inkişaf təmin edildi. Ulu Öndər Heydər Əliyevin neft
strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki
yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft
şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26
müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft
kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. İqtisadi və
siyasi islahatların vəhdətinin qorunması davamlı uğurlara geniş yol açdı. Ümummilli Liderin
rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini,
demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının
qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi
dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün
gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən
ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının
yaradılmasına daha geniş imkanlar açmışdır. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və
tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların
həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü
bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi. Ölkəmizdə yeni
iqtisadi mühit formalaşdı. Azərbaycanın dünya miqyasında tanınması Ümummilli Lider Heydər
Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Dahi şəxsiyyətin yürütdüyü təcrübəli və müdrik siyasət
sayəsində qısa müddət ərzində ölkəmizin xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar
əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət
yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdi.
Qərbə inteqrasiya üçün Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə
nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiAzərbaycan, antimilli
qüvvələrin qarşısında sipərə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz
kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin
nəticəsi kimi reallığa çevrildi. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Əsası

qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan
münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl
səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar
atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir
çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən
sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq
siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Möhkəm
təməl növbəti uğurların əsasıdır. Son 23 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qazandığı möhtəşəm uğurlar, zəfərlər bunun bariz nümunəsidir. Ölkəmiz ardıcıllıqla hədəflərə
doğru inamla addımlayır. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın
yaratdığı reallıqlar əsasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə edilməsindən, yeni
əməkdaşlıq formatlarının yaradılmasından, Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs
edirik. Azərbaycanı daim zirvələrdə görmək istəyən Ulu Öndər Heydər Əliyevin ruhu şaddır.
Torpaqlarımız azaddır, keçmiş məcburu köçkünlər dogma yutd-yuvalarına qayıdışın sevincini
yaşayırlar.  
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31