Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Aynurə Abbasova: Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradan Şəxsiyyət

Aynurə Abbasova: Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradan Şəxsiyyət

30.09.2026 [15:11]

İllər, əsrlər keçsə də, nəsillər dəyişsə də Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyev ömrünü Azərbaycan Respublikasının gələcək
inkişafına həsr edən dövlət adamı, dövlətçilik tarixinin tamamilə yeni bir
mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qadirbilən
xalqımızın qəlbində əbədi yaşayacaqdır.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan
Respublikasının Prezidenti postuna keçirilən 3-cü rəsmi seçkilər kimi tarixə
düşmüşdür. Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev
seçkilərdə iştirak edən seçicilərin 98,84 faiz səsini qazanaraq böyük
üstünlüklə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ümumiyyətlə, 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı
üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa
gedən yolun ilk pilləsi idi. Bu seçkilərdə Azərbaycan xalqı düzgün seçim
edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Ulu Öndər
Heydər Əliyevi Prezident seçmiş və həmin seçimlə də bugünkü qüdrətli
Azərbaycan dövlətinin təməli qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi "Biz Azərbaycanda
demokratik, hüquqi , dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət
quruculuğumuzun əsas mənasını,məzmununu, əsas prinsiplərini təşkil edir.
Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan
haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda
öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.”
Vətənə sədaqətli xidmət nümunəsi göstərən Dahi Şəxsiyyətin həyat və
fəaliyyəti bir məktəbdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq
Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il
oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük
bəlalardan, faciələrdən qoruyub, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi
yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla
Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Azərbaycan Respublikasının gələcək inkişafına həsr olunmuş ömür isə
hər kəsə bir nümunədir. Ümummilli Liderin andiçmə mərasimindəki
nitqində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə
göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan
xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki,
həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün
fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”
sözlərini bu gün də qürurla xatırlayırıq.

Müstəqilliyimizin ağrılı və əzablı mərhələsini hər kəs yaxşı xatırlayır.
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi
xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar,
Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz,
ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı
yollardan keçməzdi. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-
Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı
Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi
olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar.
Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.
Qeyd etmək lazımdır ki, Azərbaycanın siyasi-iqtisadi suverenliyinin
təmin olunması da Dahi Rəhbərin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ilin
oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın
hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı
şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi
sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı
dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol
açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar
edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş
müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi
bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının
qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu
quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Dahi Şəxsiyyətin xilaskarlıq missiyası xalqımıza gün kimi aydındır.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və
qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində
xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını
Heydər Əliyevdə görürdü. 1991-1993-cü illər ölkəmizin müasir tarixində
hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır.
Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə
dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş
verirdi.
1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin
dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş
proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış
yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında
görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində
öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub
gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən
AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad
istədi.

Azərbaycan siyasətində Heydər Əliyev fenomeni mühüm əhəmiyyət
daşıyır. Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş
dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə
praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O,
beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin
ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan,
peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı
dövlət xadimi olduğunu təsdiq etmişdir.
Ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş
konstitusiya da Dahi Rəhbərin xalqımıza növbəti töhfəsi oldu. Ümummilli
Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq
səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini,
demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq
və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan
hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf
yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə
keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi
prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.
İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu
prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi
islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən
ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən
təşəbbüslərdir.
Ulu Öndər Heydər Əliyevin ölkənin beynəlxalq nüfuzunu artıran xarici
siyasətin prioritetlərinə gəlincə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı
Dahi Şəxsiyyətin adı ilə sıx bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin
dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər
Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu tarazlaşdırılmış xarici
siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla,
müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin
güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində
beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin
əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq
müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii
ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə
və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası,
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin

karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması
layihələrini səmərəli şəkildə həyata keçirir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir
respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul
edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndər Heydər
Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun müstəqil dövlətimizlə
bağlı axıra çatdıra bilmədiyi işlərini uğurla davam etdirdi. Bu gün
Azərbaycan dövləti ərazi bütövlüyünü tam bərpa etmiş, suveren, dünyada
söz sahibi olan, regionun ən güclü, qüdrətli dövlətinə çevrilmişdir.
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31