Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın yeni inkişaf mərhələsi və qarşıda duran vəzifələr

Azərbaycanın yeni inkişaf mərhələsi və qarşıda duran vəzifələr

05.10.2026 [16:24]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkənin son illərdə keçdiyi siyasi, hərbi, iqtisadi və sosial inkişaf yoluna nəzər salınması, əldə olunan nəticələrin qiymətləndirilməsi və qarşıdakı dövr üçün əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm məqamlarla yadda qalıb. 

Çıxışında dövlət başçısı Yeni Azərbaycan Partiyasının qurultaylarının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb. Bildirib ki, bu qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultaydır. Bu baxımdan tədbir Azərbaycanın müasir tarixində baş verən mühüm dəyişikliklərin fonunda xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan prosesdə dövlətin qətiyyətli siyasətinin, ardıcıl fəaliyyətinin və siyasi addımlarının rolunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan xalqının vahid mövqedə olması ölkəyə qarşı yönəlmiş bəd niyyətlərin həyata keçirilməsinə imkan verməyib. Azərbaycan xalqının uzun illər ərzində öz haqqının bərpasını tələb etməsi və bu istiqamətdə nümayiş etdirdiyi birlik dövlət siyasəti ilə tamamlanıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsi dövründə yumruq kimi birləşərək öz haqqını tələb edib və Azərbaycan iqtidarı qarşısında duran bu şərəfli missiyanı yerinə yetirib. 2020-ci ildə əldə olunan Zəfərdən sonra isə əsas fəaliyyət istiqaməti ölkənin ərazi bütövlüyünün tam bərpasına yönəldilib. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.

Çıxışda Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın sonrakı siyasi tarixində baş verən hadisələr arasında əlaqəyə də diqqət yetirilib. Prezident İlham Əliyev ölkənin qələbələrinin başlanğıc tarixinin Yeni Azərbaycan Partiyasının təsis qurultayında qoyulduğunu bildirib. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycanın müasir dövlətçilik tarixində rolundan danışılıb. Bildirilib ki, əgər Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, Qarabağda separatizm meyillərinin yaranmasına imkan verməzdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının isə xalqın tələbi olduğu vurğulanıb.

Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttinin bu gün də dəyişməz olaraq qaldığını diqqətə çatdırıb. Bu siyasi xəttin əsas istiqamətləri dövlətçilik, milli maraqların qorunması, Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkənin inkişafının təmin edilməsi kimi məsələlərlə əlaqələndirilib.

Çıxışda Azərbaycanın beynəlxalq mövqeyinə də geniş yer verilib. Dövlət başçısı Azərbaycanın bu gün beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkə olduğunu bildirib. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən birinin ölkənin milli maraqlarının qorunması və heç bir xarici qüvvənin Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə imkan verilməməsi olduğu qeyd edilib.

Prezident İlham Əliyev xarici siyasətlə bağlı atılan addımların beynəlxalq aləmdə təqdirlə qarşılandığını bildirib. Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərindən çıxış etdiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Azərbaycan heç vaxt hansısa ölkəyə qarşı ikiüzlü və riyakar siyasət aparmayıb.

Azərbaycanın İslam dünyasındakı rolu da çıxışda diqqət mərkəzində olub. Dövlət başçısı İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın birləşdirici rol oynadığını bildirib. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində müxtəlif tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi siyasətinin tərkib hissəsi kimi təqdim edilib.

Təhlükəsizlik məsələləri də çıxışın əsas mövzularından biri olub. Prezident İlham Əliyev əsas vəzifələrdən birinin Azərbaycanın hərbi gücünün daha da artırılması olduğunu bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanla Ermənistan arasında münaqişə və müharibə yoxdur, sərhədlərdə sakitlik hökm sürür. Bununla yanaşı, dövlət başçısı ölkənin istənilən hərbi təxribata cavab verməyə hər zaman hazır olmasının vacibliyini vurğulayıb.

Azərbaycan xalqının təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qeyd olunub. Çıxışda ölkə vətəndaşlarının öz dövlətləri ilə fəxr etməsinin vacibliyinə də toxunulub. Dövlət başçısı hər bir vətənpərvər azərbaycanlının ölkənin əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini vurğulayıb.

İdeoloji fəaliyyət məsələsi də qurultay çıxışında mühüm yer tutub. Prezident İlham Əliyev partiya fəallarının üzərinə düşən vəzifələrdən danışaraq Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və ictimai-siyasi mühitin düzgün şəkildə ictimai müzakirələrə çıxarılmasının vacibliyini bildirib. Bu istiqamətdə ideoloji işin ardıcıl aparılmasının əhəmiyyətinə diqqət çəkilib.

Çıxışın mühüm istiqamətlərindən biri də sosial siyasətlə bağlı olub. Prezident İlham Əliyev gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib. Bu məsələlər ölkədə sosial müdafiə siyasətinin davam etdirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması kontekstində təqdim olunub.

İqtisadi inkişaf və enerji siyasəti də çıxışda xüsusi yer tutub. Azərbaycan nadir ölkələrdən biri kimi bütün əsas enerji resurslarını istehsal edən, hasil edən və ixrac edən dövlət kimi xarakterizə olunub. Ölkənin enerji potensialının genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirildiyi və investisiya forumları çərçivəsində imzalanan bəzi kontraktların neft və qaz hasilatının artırılmasına imkan verəcəyi bildirilib.

Azərbaycanın enerji sektorunda əldə etdiyi imkanlar ölkənin geosiyasi və təhlükəsizlik baxımından əhəmiyyətinin artması ilə də əlaqələndirilib. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bu gün ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyi vurğulanıb. Bu mövqe ölkənin enerji, nəqliyyat, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində artan rolunun fonunda qiymətləndirilib.

Qurultay çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri də diqqətdən kənarda qalmayıb. Dövlət başçısı qarşıdakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətlə gedəcəyini bildirib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, infrastrukturun yaradılması və insanların doğma yurdlarına qayıtması Azərbaycanın postmüharibə dövründə qarşısında duran əsas vəzifələr sırasında göstərilib.

İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın son illərdə keçdiyi siyasi və tarixi yol, ərazi bütövlüyünün və suverenliyinin bərpası, təhlükəsizlik, xarici siyasət, iqtisadi inkişaf, enerji, sosial müdafiə və işğaldan azad edilmiş ərazilərin bərpası kimi əsas istiqamətlər öz əksini tapıb. Çıxışda həmçinin qarşıdakı dövr üçün hərbi gücün artırılması, milli maraqlara əsaslanan xarici siyasətin davam etdirilməsi, sosial rifahın yüksəldilməsi və “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi əsas prioritetlər kimi təqdim olunub.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 25 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31