Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni mərhələnin siyasi gündəliyi

Yeni mərhələnin siyasi gündəliyi

05.10.2026 [17:01]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin tarixində tamamilə yeni mərhələnin başlanğıcını ifadə edir. Qurultayın ən mühüm özəlliyi Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrdə keçirilməsidir. Prezident İlham Əliyev çıxışında ölkəmizin keçdiyi mürəkkəb və şərəfli yola nəzər salaraq əldə olunan tarixi nailiyyətlərin arxasında qətiyyətli siyasi iradənin, ardıcıl dövlət siyasətinin və xalqın vahid mövqeyinin dayandığını vurğuladı. Bu gün Azərbaycan artıq öz taleyini özü müəyyən edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və regionda mühüm söz sahibi olan güclü dövlətdir. Qurultayda səslənən fikirlər göstərdi ki, Azərbaycanın əldə etdiyi Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda uzun illər həyata keçirilən düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsidir.

YAP-ın keçdiyi siyasi yol isə müasir Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Partiyanın qələbələrinin başlanğıcının onun təsis qurultayından götürüldüyünü qeyd edən Prezident İlham Əliyev bununla YAP-ın yaranması ilə ölkənin sonrakı siyasi inkişafı arasında tarixi bağlılığı diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan dövlətçilik strategiyası Azərbaycanın sabitliyinin, inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynadı. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və ən böyük nəticələrdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu baxımdan VIII Qurultay həm keçmişə nəzər salmaq, həm də qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi potensialın artırılması və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi yeni mərhələnin əsas istiqamətlərindəndir.

Qurultayın mühüm mesajlarından biri də əldə edilmiş nailiyyətlərlə kifayətlənmədən qarşıdakı dövrün çağırışlarına uyğun fəaliyyətin davam etdirilməsidir. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycanın bütün uğurlarının əsasını xalqın vahid mövqeyi, dövlətə inamı və milli maraqlar ətrafında həmrəyliyi təşkil edir. Bu birlik ölkəmizin üzləşdiyi müxtəlif təzyiqlərin və bəd niyyətli planların qarşısının alınmasında mühüm rol oynayıb. Bu gün isə qarşıda daha böyük inkişaf məqsədləri dayanır. YAP aparıcı siyasi qüvvə kimi yeni reallıqlar şəraitində öz fəaliyyətini müasir tələblərə uyğun qurmalı, xüsusilə gənclərlə iş, siyasi maarifləndirmə və informasiya mühitində fəallığı daha da artırmalıdır. VIII Qurultay məhz bu baxımdan yalnız növbəti siyasi tədbir deyil, Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi gündəliyini müəyyənləşdirən mühüm hadisə kimi tarixə düşür.

Paylaş:
Baxılıb: 30 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31