Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan ilə Kamboca arasında mövcud siyasi əlaqələr

Azərbaycan ilə Kamboca arasında mövcud siyasi əlaqələr

15.10.2026 [17:06]

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin genişlənməsində parlamentlərarası əməkdaşlıq da mühüm yer tutur. Kambocanın dəstəyi ilə Azərbaycanın parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi Cənub-Şərqi Asiya istiqamətində əlaqələrin inkişafı üçün əlavə imkanlar açır. Coğrafi məsafəyə baxmayaraq, müasir nəqliyyat və rəqəmsal texnologiyalar dövlətlər arasında əməkdaşlığın genişləndirilməsini daha əlçatan edir.

Görüş və aparılan müzakirələr Azərbaycan ilə Kamboca arasında mövcud siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi üçün əlverişli imkan yaradıb. Dövlətimizin başçısının bəyanatında diqqət çəkən əsas məqamlardan biri ikitərəfli münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmaması, konkret iqtisadi nəticələrlə zənginləşdirilməsi zərurətidir. Prezident İlham Əliyev ticarət və sərmayə qoyuluşu sahələrində görülə biləcək işlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq, mövcud potensialdan daha səmərəli istifadə edilməsinə diqqət çəkib. Həqiqətən də, ölkələr arasında dostluq münasibətlərinin möhkəm iqtisadi tərəfdaşlığa çevrilməsi üçün sahibkarlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı bazar imkanlarının öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan ilə Kamboca arasında əməkdaşlığın perspektivləri iqtisadiyyatla yanaşı, parlament diplomatiyası, təhsil, turizm, nəqliyyat və rəqəmsal inkişaf kimi sahələri də əhatə edir. Parlamentlərarası əlaqələrdə nümayiş etdirilən yüksək həmrəylik iki ölkənin siyasi münasibətlərinin möhkəm əsaslara söykəndiyini göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı təmaslar və əməkdaşlıq da dövlətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, investisiya imkanlarının araşdırılması və sahibkarların qarşılıqlı səfərlərinin təşviqi iqtisadi münasibətlərin daha geniş miqyas almasına şərait yarada bilər. Təhsil sahəsində təcrübə mübadiləsi, turizm əlaqələrinin inkişafı və müasir texnologiyalar üzrə əməkdaşlıq isə xalqlar arasında qarşılıqlı anlaşmanı artırmaqla yanaşı, yeni tərəfdaşlıq imkanları formalaşdırır. Bütün bunlar göstərir ki, Azərbaycan–Kamboca münasibətləri üçün geniş əməkdaşlıq perspektivləri mövcuddur və əsas məqsəd həmin imkanları ardıcıl, məqsədyönlü fəaliyyətlə real nəticələrə çevirməkdir.

Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafına verilən önəmi bir daha nümayiş etdirir. Azərbaycan müxtəlif regionlarla əlaqələrini genişləndirməklə beynəlxalq tərəfdaşlıq imkanlarını artırır, siyasi etimadı iqtisadi və humanitar əməkdaşlıqla möhkəmləndirməyə çalışır.

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31