Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vahid geyim və intizam məktəbdə peşəkarlıq və bərabərlik yaradır

Vahid geyim və intizam məktəbdə peşəkarlıq və bərabərlik yaradır

15.10.2026 [17:09]

Müasir dövrdə dünyada geniş vüsət alan müharibələr, siyasi qarşıdurmalar və ziddiyyətlər fonunda Azərbaycan özünün sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühiti ilə xüsusi seçilən ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasət  sayəsində ölkəmiz müstəqil siyasət yürüdən, dinamik inkişaf edən və milli maraqlara əsaslanan addımları ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, həm də gələcək uzunillik dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır. Bu gün regionda yeni reallıqlar formalaşdıran “orta güc” kimi Azərbaycan xarici siyasi fəallığı, iqtisadi potensialı və cəmiyyətdəki sarsılmaz həmrəyliyi sayəsində bütün daxili riskləri aradan qaldırmağa müvəffəq olmuşdur.

Bu sabitliyin və milli inkişafın davamlılığını təmin etmək üçün isə strateji sahə olan təhsil sahəsində də mühüm adımlar atılır. Müasir təhsil siyasətinin vacib istiqamətlərindən biri dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması və məktəbdaxili nizam-intizam mühitinin gücləndirilməsidir. Məktəblər təkcə bilik ötürən ocaq deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaq və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur.Bu baxımdan, təhsilalanlara şamil edilən vahid geyim və forma tələbi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.   

Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin görünməsinin qarşısını almağa və ayrı-seçkilik risklərini azaltmağa şərait yaradır. Bu, sadəcə geyim məsələsi olmayıb, təhsil fəlsəfəsinin və sosial adaptasiyanın tərkib hissəsidir. Sağlam təlim-tərbiyə mühitinin qorunması üçün təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət olunması bütün şagird və valideynlər üçün mühüm öhdəlikdir.

            Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün müəyyən edilmiş geyim tələbləri məktəbdə vahid işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Müəllimlərin geyim tələblərinə uyğun geyinməsi həm pedaqoji, həm də korporativ idarəetmə baxımından böyük əhəmiyyət kəsb edir.İşgüzar üslub müəllimin peşə standartlarının daşıyıcısı olduğunu nümayiş etdirir, məktəbin ictimai nüfuzunu qaldırır və kollektivdə komanda ruhunu gücləndirir. Şagirdlərin məktəbli forması geyindiyi mühitdə müəllimlərin də bu standartlara əməl etməsi daxili qaydalara hörmətin və ümumi korporativ mədəniyyətin göstəricisidir.Sadə, səliqəli və işgüzar geyim şagirdlərin diqqətini dərsdən yayındırmır, eyni zamanda onlarda estetik zövq və davranış mədəniyyəti formalaşdırır. Müəllimin xarici görünüşü onun pedaqoji nüfuzunu möhkəmləndirən və tədris prosesində lazımi iş mühitini qoruyan mühüm amildir.

Şagirdlər üçün vahid forma və müəllimlər üçün işgüzar üslub təhsil prosesinə daha məsuliyyətli və ciddi yanaşmanı təşviq edir. Bu yanaşma geyimin qiymətinə, dəbə və dəyişmə tezliyinə olan izafi marağı azaldaraq diqqəti əsas gayəyə — təlim-tərbiyəyə yönəldir.Müəllimlərin işgüzar xarici görünüşü məktəbdə peşəkar iş mühitinin davamlılığını dəstəkləyir, məktəbdaxili münasibətlərdə qarşılıqlı hörməti gücləndirir və onların şagirdlər ilə valideynlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir.

Dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə dair edilən dəyişikliklər təhsilverənlər üçün vahid və sistemli yanaşmanın təmin olunmasına yönəlmişdir. Məktəblərdə korporativ geyim standartlarının tətbiqi müasir beynəlxalq təhsildə geniş istifadə olunan sınaqdan çıxmış qabaqcıl təcrübələrdən biridir.Bu yeniliklər məktəbdaxili təşkilati idarəetmə və təhsil idarəçiliyi çərçivəsində həyata keçirilərək, tədris müəssisələrində nizam-intizamın gücləndirilməsinə, işgüzar mühitin qorunmasına və idarəetmə effektivliyinin artırılmasına xidmət edir.

YAP Naftalan şəhər təşkilatının əməkdaşı Rahim Muradov

Paylaş:
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31