Tarixi səfər: Azərbaycan–Laos münasibətlərində yeni mərhələ
19.10.2026 [16:32]
Oktyabrın 13-də Bakıda baş tutan görüşlər Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasındakı münasibətlərin tarixində xüsusi yer tutacaq. Laos Prezidenti Thonqlun Sisulitin Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə etdiyi rəsmi səfər iki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələr qurulandan bəri dövlət başçısı səviyyəsində ilk səfərdir. Bu fakt özü-özlüyündə səfərin rəmzi və siyasi çəkisini aydın şəkildə göstərir. Otuz ildən artıq müddətdə uğurla inkişaf edən dostluq münasibətləri artıq yeni, daha sıx və səmərəli tərəfdaşlıq mərhələsinə qədəm qoyur.
Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Prezident Thonqlun Sisulit arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirildi. Görüşlərdə ikitərəfli gündəliyin bütün əsas istiqamətləri – siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya imkanları, təhsil, nəqliyyat, energetika, kənd təsərrüfatı və humanitar sahələr hərtərəfli müzakirə olundu. Dövlətimizin başçısı geniş tərkibdə görüşdə çıxış edərək siyasi əlaqələrin daha da gücləndirilməsini səfərin ən yaxşı nəticəsi adlandırdı və iki ölkənin yaxşı dost olduğunu, beynəlxalq arenada fəal əməkdaşlıq etdiyini vurğuladı.
Liderlərin şəxsi tanışlığı və qarşılıqlı etimadı bu səfərin uğurunu şərtləndirən mühüm amillərdəndir. Prezident İlham Əliyev və Prezident Thonqlun Sisulit müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Laos Prezidenti 2024-cü ilin oktyabrında Kazanda keçirilmiş BRICS+ Sammitində Azərbaycan Prezidenti ilə görüşünü və beynəlxalq forumlarda apardıqları səmimi söhbətləri xoş xatirələrlə yad etdi. Məhz həmin görüşlərdə səsləndirilən dəvət bu gün tarixi səfərə çevrildi.
Səfərin ən təsirli məqamlarından biri Laos Prezidentinin Azərbaycan haqqında şəxsi təəssüratları oldu. Thonqlun Sisulit bildirdi ki, o, Bakıda ilk dəfə 1982-ci ildə, qırx dörd il əvvəl olub. Uzun illər ərzində ölkəmizin inkişaf xəttini izləyən bir şəxs kimi Azərbaycanın sürətli tərəqqisini və transformasiyasını indi öz gözləri ilə görmək ona böyük təsir bağışlayıb. Qonaq hətta 44 il əvvəl gördüyü Azərbaycanı güclə tanıdığını etiraf etdi. Bununla yanaşı, o, Azərbaycan xalqının mədəniyyətinə və ənənələrinə xas olan mehribanlığı qoruyub saxladığını, qonaqpərvərliyin iki xalq arasındakı qardaşlığın və dostluğun təcəssümü olduğunu xüsusi vurğuladı.
Səfərin praktiki nəticələri də diqqətəlayiqdir. İki dövlət başçısı “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ı qəbul etdi. Prezident İlham Əliyevin sözləri ilə desək, bu sənəd gələcək əməkdaşlığı özündə ehtiva edir və əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Bundan əlavə, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, eləcə də xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş mübadilə olundu. Bu sənədlər siyasi iradənin konkret mexanizmlərə çevrildiyini göstərir.
Siyasi əlaqələrin yüksək səviyyəsi təkcə dövlət başçıları arasındakı təmaslarla məhdudlaşmır. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Hakim partiyalar arasında da sıx əməkdaşlıq mövcuddur və bir neçə il əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb. Səfər çərçivəsində Laos Prezidentinin Milli Məclisin sədri və Baş nazirlə görüşlərinin nəzərdə tutulması bu çoxsəviyyəli dialoqun davam edəcəyini göstərir.
Beynəlxalq təşkilatlarda həmrəylik Azərbaycan–Laos münasibətlərinin ən möhkəm sütunlarından biridir. Dövlətimizin başçısı vurğuladı ki, otuz ildən artıq müddətdə iki ölkə bir çox beynəlxalq təşkilat çərçivəsində hər zaman bir-birinə qarşılıqlı dəstək göstərib və bu ənənə bundan sonra da davam edəcək. Bu həmrəylik coğrafi uzaqlığa baxmayaraq, iki xalqın dəyərlər və maraqlar baxımından nə qədər yaxın olduğunu nümayiş etdirir.
Laos Prezidentinin səfərinin AQEM Zirvə görüşü ərəfəsinə təsadüf etməsi də təsadüfi deyil. Prezident İlham Əliyev qonağa ayın 15-də Bakıda keçirilən Zirvə görüşündə nəzərdə tutulan iştirakına görə təşəkkür edərək bunu iki ölkə arasındakı dostluğun daha bir göstəricisi adlandırdı. Beləliklə, səfər həm ikitərəfli, həm də çoxtərəfli diplomatiya baxımından mühüm məzmun daşıdı.
Səfərin əhəmiyyətini dəyərləndirərkən onun konkret zaman kəsiyinə də diqqət yetirmək lazımdır. Azərbaycan bu gün regionda sülh gündəliyini irəli aparan, iqtisadi cəhətdən dayanıqlı, beynəlxalq tədbirlərə ev sahibliyi edən və çoxtərəfli təsisatlarda sədrlik missiyalarını uğurla yerinə yetirən dövlətdir. Belə bir dövrdə Cənub-Şərqi Asiyadan olan dövlət başçısının ilk dəfə ölkəmizə rəsmi səfərə gəlməsi Azərbaycanın beynəlxalq çəkisinin artdığını və xarici siyasət coğrafiyasının genişləndiyini əyani şəkildə göstərir.
Ümumilikdə, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki dost ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqlədi. Dövlət başçılarının səviyyəsində ifadə olunan qarşılıqlı iradə, qəbul edilən sənədlər və müəyyənləşdirilən konkret addımlar yaxın gələcəkdə əməkdaşlığın bütün sahələrdə daha da genişlənəcəyinə əsas verir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan Asiyanın müxtəlif guşələrində yeni dostlar və etibarlı tərəfdaşlar qazanır, Bakı ilə Vyentyan arasında qurulan dostluq körpüsü isə ildən-ilə möhkəmlənir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMüsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32

