Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göyçay rayon təşkilatının Ərazi partiya təşkilatında tədbir keçirilib

YAP Göyçay rayon təşkilatının Ərazi partiya təşkilatında tədbir keçirilib

19.10.2026 [16:49]

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının “Azərişıq” ASC Mərkəzi Aran Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Rayon Elektrik Şəbəkəsi Ərazi partiya təşkilatında YAP-nın VIII Qurltayında çıxış edən Partiyamızın sədri, Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərin icras ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, təşkilatın sədr müavini Laçın İsmayılov, ərazi partiya təşkilatının sədri Seymur İsmayılov , “Azərişıq” ASC-nin Mərkəzi-Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Göyçay Rayon Elektrik Şəbəkəsinin rəisi Fariz Nəbiyev və təşkilatın üzvləri iştirak ediblər.

Tədbirdə YAP Göyçay rayon təşkilatın Sədri Sahib Şükürov çıxış edərək bildirdi ki,

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. S.Şükürov qeyd edib ki, Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, qarşıya qoyduğu vəzifələr və verdiyi mühüm mesajlar partiyanın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Ərazi Partiya Təşkilat Sədri Seymur İsmayılov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirib və gələcək fəaliyyət üçün mühüm istiqamətlər ortaya qoyub. O qeyd edib ki, Partiyanın hər bir üzvü qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli, cəmiyyətlə əlaqələrin gücləndirilməsinə və partiyanın nüfuzunun artırılmasına öz töhfəsini verməlidir.

Daha sonra partiya fəalları Fariz Nəbiyev, Şamil Mirzəliyev çıxış edərək ki, YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edərək, VIII Qurultayın partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirdiyini, hər bir partiya üzvünün öz fəaliyyəti ilə bu hədəflərin reallaşmasına dəstək verməsinin və dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirməsinin əhəmiyyətini qeyd ediblər.

Sonda bir daha  Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və üzərimizə düşən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31