YAP Xızı rayon təşkilatı bələdiyyə seçkilərinə mütəşəkkil şəkildə hazırlaşıb
05.11.2014 [10:18]
Fərrux Haqverdiyev: Seçki Qərargahının üzvləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışırlar
Məlum olduğu kimi, Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə rəsmi şəkildə start verilib. Artıq namizədlərin irəli sürülməsi prosesi gedir. Bu məqamda qeyd edək ki, bu vaxta qədər Azərbaycanda keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Xəbər verildiyi kimi, artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər.
Öz növbəsində YAP-ın Xızı rayon təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşır. Bunu qəzetimizə açıqlamasında Seçki Qərargahının rəhbəri, YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev deyib. Onun sözlərinə görə, YAP Xızı rayon təşkilatı özündə 41 ilk partiya təşkilatını birləşdirir. Rayon təşkilatında 1757 üzv birləşir ki, onlardan 850 nəfərini gənclər, 782 nəfərini isə qadınlar təşkil edir: “YAP Xızı rayon təşkilatı bələdiyyə seçkilərinə mütəşəkkil şəkildə hazırlaşır. Artıq bələdiyyə seçkilərinə bütün hazırlıq işləri aparılıb. Seçki Qərargahının üzvləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışırlar. Qeyd edim ki, rayonun 7 mindən çox seçicisi 50 saylı Qobustan-Xızı-Quba Dairə Seçki Komissiyasının 14 məntəqəsində 12 bələdiyyəyə 88 üzvün seçilməsində iştirak edəcək”.
F.Haqverdiyevin sözlərinə görə, bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan ona görə fərqlənir ki, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bu baxımdan, bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı və problemlərin aradan qaldırılmasında daha fəal olmalıdırlar.
F.Haqverdiyev onu da deyib ki, hər siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Xızı rayonu yüksək nəticələr əldə edəcək.
Yeri gəlmişkən, dünən YAP-ın Xızı rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı da keçirilib. Toplantıda qərargahın rəhbəri Fərrux Haqverdiyev, YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Svetlana Rüstəmova, YAP Xızı rayon Gənclər Birliyinin sədri Jalə Hüseynova və digərləri çıxış edərək bələdiyyə seçkiləri ilə əlaqədar qarşıda görüləcək işlər barədə fikirlərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, seçkilərlə bağlı prosesdə hər kəs üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir.
Beləliklə, göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik və operativ işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35

