Yeni Azərbaycan Partiyası gənclər üçün böyük siyasi məktəbdir
18.11.2014 [09:46]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın Nərimanov rayon təşkilatında YAP-ın yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstünün önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan keçdiyi inkişaf yolu barədə danışıb. O qeyd edib ki, YAP gənclər üçün böyük siyasi məktəbdir. Partiyamızın gəncliyin inkişafı üçün bütün imkanları yaratdığını deyən S.Orucovun sözlərinə görə, bu səbəbdən də gənclərimiz siyasi fəaliyyətlərini YAP-la bağlayırlar. “Hazırda YAP-ın sıralarına qoşulan gənclərin sayı 250 min nəfərə qədərdir. Bu da ümumi partiya üzvlərinin 40 faizdən çoxunu təşkil edir. Gənclər YAP kimi təşkilatda böyük siyasi məktəb keçirlər. Bunun nəticəsi olaraq, onlar siyasətçi kimi formalaşırlar. Gənclərimiz arasında mühüm dövlət strukturlarına irəli çəkilənlərin də sayı çoxdur ki, bunun əsas səbəbi onların partiyamızın yetirmələri olmasıdır”, - deyə S.Orucov qeyd edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
T.Tağıyev “YAP Nərimanov rayon təşkilatının üzvləri qürur duyurlar ki, Bakı şəhərində partiyamızın ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb”, - deyə əlavə edib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxışında bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
YAP-ın gənc fəalı Aytən Məmmədova isə çıxışında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP-ın ölkəmizin inkişafında mühüm rol oynadığını deyib: “Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
O, partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi hadisə olduğunu vurğulayıb. YAP-ın 22 il ərzində böyük inkişaf yolu keçdiyini deyən V.Rəhimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın möhtəşəm uğurlar qazandığını bildirib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamız ümumxalq partiyası adlanır və onun sıraları günbəgün genişlənir”.
YAP-ın sıralarında gənclərin kifayət qədər yüksək təmsil olunduqlarını deyən V.Rəhimzadə əlavə edib ki, Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda YAP-ın bir qrup gənc fəalı Fəxri fərmanlarla təltif olunub.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

