Yeni Azərbaycan Partiyası regionda ən güclü partiyadır
11.12.2014 [10:32]
YAP Qaradağ rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov seçkiyə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb.
O qeyd edib ki, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır. Azərbaycan dövləti gender bərabərliyinin təmin olunması, qadınların bütün proseslərdə təmsilçiliyinin artırılması istiqamətində mühüm addımlar atır. O cümlədən, qanunvericilik bazası təkmilləşdirilib, qadınlar ölkənin inkişafında fəal rol oynayır. A.Hüseynov qadın seçicilərin bu seçkilərdə fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova bildirib ki, cəmiyyətdə qadınların fəallığının artırılması nəticəsində onların seçkili orqanlarda da təmsilçiliyi yüksəlib: “Bu mənada, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də savadlı və layiqli qadın namizədlərin sayı kifayət qədərdir. Bu, qadınlara göstərilən böyük etimaddır”.
R.İbrahimova qadınların bu etimadı doğruldacağına əminliyini ifadə edib. Çıxış edən bələdiyyə üzvlüyünə namizəd Lalə Quliyeva YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini, partiyamızın ölkəmizdə və regionda ən güclü siyasi təşkilat olduğunu vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Sahil bələdiyyəsinə namizəd Elmira Əliyeva, Lökbatan bələdiyyəsinə namizəd Şölə Hacıyeva, Müşviqabad bələdiyyəsinə namizəd İlahə Murquzova, Ələt bələdiyyəsinə namizəd Vəfa Əsədova, YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Gülüstan Ağazadə, rayon sakini Mehriban Ələkbərova və digərləri Azərbaycanda son 15 il ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu bildiriblər. Çıxışçılar qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesində və həyata keçiriləcək layihələrin müsbət nəticələrlə tamamlanmasında böyük rol oynayacağına əminliyini söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

