YAP Daşkəsən rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
06.08.2015 [00:37]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib. İclası giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək bildirib ki, iclasın gündəliyinə üç məsələ daxil edilib: “Birinci məsələ parlament seçkilərinə hazırlıqla əlaqədar YAP Daşkəsən rayon təşkilatı Seçki Qərargahının tərkibinin müəyyənləşdirilməsidir. İkinci məsələ YAP sıralarına qəbulla əlaqədar Daşkəsən şəhər ərazi, Daşkəsən rayon poçtamtı, Qaratağlar, Qabaqtəpə və Tapan ərazi ilk partiya təşkilatlarından daxil olmuş protokollardan çıxarışın təsdiqi, üçüncü məsələ Gigiyena və Epidemiologiya Mərkəzi, Paylayıcı Elektrik Şəbəkə və Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilk partiya təşkilatlarının fəaliyyətləri barədədir”.
Meydanəli Yolçuyev rayon təşkilatının bütün fəaliyyətinin Heydər Əliyev ideyalarına söykəndiyini bildirərək deyib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim üstün tutub. Bu gün Ulu öndərimizin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub: “YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır. Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifə düşür”.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev daha sonra iclasda parlament seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin tərkibinin müəyyənləşdirilməsini, onların arasında vəzifə bölgüsünün aparılmasını, mobil qrupların yaradılmasını qeyd edib.
Təşkilat sədrinin müavini Cavanşir Qocayev isə YAP Daşkəsən rayon təşkilatının fəaliyyətinin əsas prioritetləri haqqında məlumat verib. Qeyd olunub ki, prioritetlər sırasına Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təbliğ olunması, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması üçün rayon təşkilatında kursların təşkil edilməsi, YAP İcra Katibliyinin tövsiyələrinə lazımi səviyyədə əməl olunması və s. daxildir.
İclasda sonra YAP sıralarına qəbulla əlaqədar Daşkəsən şəhər ərazi, Daşkəsən rayon poçtamtı, Qaratağlar, Qabaqtəpə və Tapan ərazi ilk partiya təşkilatlarından daxil olmuş protokollardan çıxarışı təsdiq olunub, Gigiyena və Epidemiologiya Mərkəzi, Paylayıcı Elektrik Şəbəkə və Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətlərinin hesabatları dinlənilib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

