YAP Qaradağ rayon təşkilatı yaranmasının 23-cü ildönümünü qeyd edib
18.03.2016 [09:40]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib ki, partiyamızın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir: “YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyasına çevrildi. Yarandığı dövrdən bu günə qədər YAP yalnız Azərbaycanın inkişafı naminə çalışıb”.
O, tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu öndər Heydər Əliyevin çıxardığını, 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov YAP Qaradağ rayon təşkilatının ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. S.Mikayılov YAP Qaradağ rayon təşkilatının üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini deyib. S.Mikayılov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasət nəticəsində hazırda Azərbaycanın güclü dövlətə çevrildiyini qeyd edib.
Tədbirdə çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. Vüqar Rəhimzadə qeyd edib ki, YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib: “Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır: “Bu da partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümüdür. Ona görə də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi xalqımızın həyatında öz sözünü deməyə qadir partiyadır”.
Tədbirdə çıxış edən gənclər YAP Qaradağ rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bölüşüblər.
Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəal üzvünə rayon İcra Hakimiyyətinin fəxri fərmanları, partiya sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

