/ / YAP Qaradağ rayon təşkilatının Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC üzrə ərazi ilk partiya təşkilatı yaradılıb
YAP Qaradağ rayon təşkilatının Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC üzrə ərazi ilk partiya təşkilatı yaradılıb
03.06.2017 [10:25]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan ASC İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib.
Daha sonra tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın yaranması tarixinə nəzər salaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən ağır günlərində, faktiki olaraq müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz bir məqamda Ulu öndər Heydər Əliyev tərəfindən xalqı bəlalardan xilas etmək məqsədi ilə yaradılıb: “1992-ci ildə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın - YAP-ın yaranma zərurətini meydana gətirdi. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası əsrə bərabər şərəfli yol keçmiş, hazırda öz sıralarında 700 min nəfərə yaxın Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilmişdir”.
Aydın Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
Yığıncaqda çıxış edən Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. O həmçinin Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərin əhəmiyyətini, son bir neçə ildə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. “Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşıb, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib. Azərbaycan Respublikası Prezident İlham Əliyevin siyasi səriştəsi, ardıcıl və məqsədyönlü tədbirləri sayəsində daha da möhkəmlənib, çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çataraq qüdrətli bir dövlətə çevrilib. Əlbəttə ki, bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının çox mühüm rolu olmuşdur”, - deyə Əbülfət Qocayev vurğulayıb.
Tədbirin sonunda təşkilati məsələlərə baxılıb. ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev yeni yaranmış ilk partiya təşkilatının sədri, həmçinin sədr müavinləri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

