YAP-ın 25 illik yubileyi Gəncədə silsilə tədbirlərlə qeyd edilir
10.10.2017 [10:01]
Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir. YAP Gəncə şəhər təşkilatının dəstəyi və təşkilatçılığı ilə Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə gənclərlə görüşlər keçirilib. Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev deyib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.
Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışan millət vəkili Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb: “Bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq paytaxt Bakı ilə yanaşı bölgələrdə, xüsusi ilə Gəncə şəhərində abadlıq-quruculuq işləri yeni mərhələyə qədəm qoyub, infrastuktur layihələri uğurla həyata keçirilir. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən obyektlər Gəncə şəhərinin simasını daha da müasirləşdirib, gözəlləşdirib. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, çoxmərtəbəli yaşayış binaları Nizami yurduna xüsusi yaraşıq verir”.
Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan görüşdə çıxış edərək, Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirdiyini qeyd edib. Millət vəkili bildirib ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər.
AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, GDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, GDU YAP ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, gənclərdən Nərmin Verdiyeva, Yunus Abarəliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının gənclərin həyatındakı, onların inkişafındakı rolundan, gənclərə göstərilən diqqət və qayğıdan, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Gəncə şəhərində uğurla həyata keçirildiyindən danışıblar.
Görüşlər partiya sıralarına qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunması ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

