Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

09.10.2019 [09:32]

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Şəhər təşkilatının qərargahında keçirilən tədbiri millət vəkili Naqif Həmzəyev açaraq cari ilin dekabr ayında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə toxunaraq, bu siyasi kampaniyada ilk partiya təşkilatlarının yüksək səviyyədə səfərbər olmasının vacibliyini diqqətə çatdırıb: “Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, builki bələdiyyə seçkilərinin də şəffaf, azad, demokratik şəraitdə keçirilməsi üçün öz iradəsini ortaya qoyub. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədlərin düzgün seçimi çox vacibdir. Zamanın tələbinə uyğun qabiliyyətli, təşkilatçı, təcrübəli, yaxşıların yaxşısı yerli özünüidarəetmə orqanlarına seçilməlidir. Ölkəmizdə bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait var. Bunu dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri bir daha sübut edəcək və ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə çevriləcək”.
Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyasının seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və qadınların namizədliklərinin irəli sürülməsi istiqamətində təklifləri təqdirəlayiqdir.
Görüşdə Azərbaycanın bugünkü uğurlarına, tərəqqisinə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin cəmiyyət tərəfindən sərt reaksiya ilə qarşılandığı da qeyd edilib.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq Yeni Azərbaycan Partiyasının və onun ərazi ilk partiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirən partiya fəalları bundan sonra da daha fəal olacaqlarını, ölkəmizin ictimai-siyasi proseslərində ayıq-sayıq dayanacaqlarını qeyd ediblər.

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30