/ / YAP Nəsimi rayon təşkilatında keçirilən tədbirdə erməni yalanının ifşa olunmasında gənclərin rolundan bəhs edilib
YAP Nəsimi rayon təşkilatında keçirilən tədbirdə erməni yalanının ifşa olunmasında gənclərin rolundan bəhs edilib
25.10.2019 [10:09]
Oktyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında “Erməni yalanının beynəlxalq aləmdə ifşa olunmasında gənclərin rolu və məsuliyyəti” mövzusunda dəyirmi masa təşkil edilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasının sessiyasındakı qətiyyətli çıxışı və “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Deputat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və erməni saxtakarlığının beynəlxalq aləmdə ifşa olunmasında gənclərin fəal olmalarının vacibliyini qeyd edərək deyib: “Gənclər bizim gələcəyimizdir. Nəsimi rayon ərazisində bir çox ali təhsil ocaqları fəaliyyət göstərir və ali məktəb tələbələri fəallıq göstərməli, informasiya müharibəsində öz sözlərini deməlidirlər”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı ilə işğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa etdi.
T.Gəncəliyev deyib: “Bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıyıq. Ermənistan rəhbərliyi zaman-zaman saxta iddialarla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində Ermənistan və Azərbaycan ilə yanaşı, Qarabağ ermənilərinin “Artsax” deyilən cinayətkar qurumunun iştirakını üçüncü tərəf kimi qoyur, danışıqlar formatına zərbə vurmaq məqsədilə müxtəlif hərəkətlər edir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq ermənilərin saxta iddialarına, onların münaqişə ilə bağlı təxribat xarakterli bəyanatlarına həmişə cavab verməliyik. Prezidentin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bizi bir daha əmin edir ki, tez bir zamanda öz torpaqlarımıza qayıdacağıq”.
İcma sədri informasiya müharibəsinin getdiyi bütün platformalarda gəncləri fəal olmağa səsləyib.
Tədbirin sonunda gənclərin sualları cavablandırılıb, mövzu ilə bağlı ideya və təklifləri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

