Sumqayıt seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır
18.12.2019 [09:49]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının seçicilərlə görüşləri davam edir. Növbəti görüş Sumqayıt şəhərində qadın seçicilərlə keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurlar əldə etdiyini bildirib və qarşıdan gələn bələdiyyə seçkisində də qələbə əldə olunacağına əminliyini ifadə edib: “Bələdiyyələrin formalaşmasında, onun inkişafında Yeni Azərbaycan Partiyasının rolu olduqca böyükdür. Son illərdə şəhərimizin abadlaşdırılması istiqamətində gedən işlərə şəhər bələdiyyəsi də öz töhfəsini verib. Biz insanlarla tez-tez ünsiyyətdə oluruq, onların fikirlərini öyrənirik. Mən əminəm ki, seçicilərimiz görülən işlərin davamlı olmasını istəyir və bunun üçün də dekabrın 23-də məntəqələrə gəlib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazanmasını şərtləndirib: “Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inkişafın yeni modeli tətbiq edilir. Ölkəmizdə bütün sahələr inkişaf etməkdədir. Bu inkişaf proseslərində bələdiyyələrin də rolu gündən-günə artır. Mən əminəm ki, Sumqayıt şəhərinin qadın seçiciləri dekabrın 23-də maksimum aktivlik nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Tədbirdə çıxış edən şəhər bələdiyyəsinə YAP tərəfindən irəli sürülmüş namizədlər Sultan Əsədov, Zeynəb Məmmədyarova, Musa Həsənov və başqaları bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxİdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35

