Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib
29.01.2020 [10:05]
Yeni Azərbaycan Partiyasının (YAP) 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini 1-ci mikrorayon Cavadxan-1, 3-cü mikrorayon A.Mustafayev-12, A.Məhərrəmli-4 ünvanlarında, həmçinin Nəsimi rayonunun ağsaqqalları və ağbirçəkləri ilə keçirib.
Görüşlərdə deputatlığa namizəd Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.
Məlahət İbrahimqızı onu da bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Budəfəki parlament seçkilərinin də azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd, həmçinin YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.
Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız sadəcə vəd vermir, təqdim etdiyi seçki proqramını layiqincə yerinə yetirir.
Çıxışında Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.
M.İbrahimqızı bu uğurların davamlı olması üçün daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Eyni zamanda, görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

