Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qaradağ rayon təşkilatında ilk partiya təşkilatları sədrləri və gənclərin iştirakı ilə toplantı keçirilib

YAP Qaradağ rayon təşkilatında ilk partiya təşkilatları sədrləri və gənclərin iştirakı ilə toplantı keçirilib

05.02.2020 [09:52]

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri və gənclərin iştirakı ilə toplantı keçirilib. Partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, 11 saylı Qaradağ seçki dairəsi və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxslərlə seçicilərin görüşləri mütəmadi olaraq keçirilir. Artıq bütün qəsəbələrdə belə görüşlər təşkil edilib, partiyamızın seçki platformasını əks etdirən bülletenlər seçicilərə paylanılıb və bu proses indi də davam etməkdədir. Qərargahda könüllülərdən formalaşan qruplar tərəfindən seçicilərə seçkilər barədə məlumatlar verilir.
YAP-ın seçki platforması barədə danışan təşkilatın sədri bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması partiyamızın həmişə prioritet vəzifələrindən olacaq, ölkəmizin iqtisadiyyatının hərtərəfli inkişafı üçün sahibkarlara dəstək, insanların sosial rifahının yaxşılaşdırılması siyasəti davam etdiriləcək, əmək haqları, pensiyalar və müavinətlər müntəzəm olaraq artırılacaq, təhsilin səviyyəsinin artırılması üçün davamlı addımlar atılacaq. Bütün bunlarla yanaşı ölkəmizin dinamik inkişafı naminə həyata keçirilən tədbirlər davam etdiriləcək.
Qeyd olunub ki, xalqımızın etimadını uğurlu fəaliyyəti ilə doğruldan partiyamız xalqa xidmət siyasəti ilə seçilir və seçicilər tərəfindən yekdilliklə dəstəklənir: “Növbəti seçkilərdə də seçicilərin dəstəyini alacağımıza inanırıq. Çünki partiyamızın qurucusu, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir, ölkəmizin uğurları artır və xalqımız bu siyasəti birmənalı şəkildə dəstəkləyir”.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31