Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nizami rayonunda "İlaxır" çərşənbəsi qeyd olunub

Nizami rayonunda "İlaxır" çərşənbəsi qeyd olunub

18.03.2010 [10:20]

YAP Nizami rayon təşkilatı, Nizami rayon İcra Hakimiyyəti ilə birlikdə martın 16-da Novruz bayramının gəlişi ilə əlaqədar olaraq “İlaxır” çərşənbəsini rayonun Şərifli 94V ünvanında böyük təntənə ilə qeyd edib. Milli musiqimizin sədaları altında məhəllədəki “Xeyr-Şər” evinin həyətinə toplaşmış rayon əhalisi böyük sevinc içərisində olublar. Tədbiri YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva açaraq rayon İcra Hakimiyyəti başçısının, YAP Mərkəzi aparatının rəhbərliyi adından bayram iştirakçılarını salamlayıb və bayram münasibəti ilə bütün rayon əhalisini təbrik edib. O, tədbirin təşkilinə mənəvi və maddi köməklik göstərən təşkilatlara öz təşəkkürünü bildirib. çıxış edən Millət vəkili R.Abdullayevin rayondakı seçki qərargahının sədri R.Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri ictimai birliyinin rayon şöbəsinin sədri M.Mehdiyev tədbir iştirakçılarını təbrik ediblər. Rayon musiqi qruplarının konsert proqramından sonra tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Paylaş:
Baxılıb: 1253 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31