/ / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” mövzusunda videokonfrans keçirilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” mövzusunda videokonfrans keçirilib
09.12.2020 [09:37]
Dekabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin bərpasında gənclərin rolu” mövzusunda videokonfrans keçirilib.
Videokonfransın moderatoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur. Onun sözlərinə görə, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq dövlətimizin bu istiqamətdə fəaliyyətə başladığını deyən H.Hüseynov qeyd edib ki, prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, növbəti mərhələlərdə insanların doğma yurdlarına qayıtması prosesi başlayacaq. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu rayonların zəngin təbii sərvətləri, yaradılacaq yeni iqtisadi infrastruktur, yeni kommunikasiya xətləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin sosial rifahına öz müsbət təsirini göstərəcək.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycan gəncliyi bütün platformalarda ölkəmizi layiqincə təmsil edir. Onun fikrincə, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda müəyyən ekoloji layihələr həyata keçirilir. İşğalçı Ermənistanın həmin ərazilərimizin flora və faunasına ciddi ziyan vurduğunu deyən nazir müavini söyləyib ki, ərazilərin bərpası yönündə sistemli tədbirlər davam etdiriləcək. O, yaşıllaşdırma işlərində gənclərin yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Videokonfransda Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov da çıxış edərək qarşıda duran vəzifələrdən danışıb və bu vəzifələrin həyata keçirilməsində gənclərin iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirdə bütün çıxışlar zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ərzində qazandığı möhtəşəm qələbə xüsusi vurğulanıb, qələbənin əldə edilməsində gənclərimizin rolu qeyd edilib.
Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

