Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlaxda “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindəndir” mövzusunda videokonfrans keçirilib

Yevlaxda “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindəndir” mövzusunda videokonfrans keçirilib

28.05.2021 [10:15]

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindəndir” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Xalq Cümhuriyyətinin ölkəmizin təhsil, mədəniyyət və digər sahələrdə ilklərə imza atdığını bildirib. E.Əzizova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu xatırladıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, Azərbaycan tarixində silinməz iz qoyduğunu vurğulayıb. O, Cümhuriyyət dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin bərabər hüquqlara sahib olduğunu qeyd edib.
Çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev 103 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ölkəmizin həyatında böyük tarixi hadisə adlandırıb. O bildirib ki, 23 aylıq fəaliyyəti dövründə Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərinə yüksək önəm verdiyini qeyd edən R.Əliyev Cümhuriyyətin 80 illik yubileyinin məhz Ümummilli Liderin təşəbbüsü ilə keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax nümayəndəliyinin rəhbəri Rafiq Məmmədov, Yevlax şəhər Təhsil şöbəsinin əməkdaşı Ümidvar Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yoldan danışıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31