Şuşa Bəyannaməsi yeni geosiyasi mənzərə yaradıb
09.07.2021 [13:24]
Azərbaycanın 44 günlük tarixi zəfərlə bölgədə yaratdığı yeni reallıq müxtəlif platformalarda hətta dünyanın güc mərkəzlərinin, onların liderlərinin görüşlərində, toplantılarında müzakirə olunur. Bu müzakirələr isə Azərbaycanın haqlı mövqeyinin və regiondakı yeni geosiyasi vəziyyətin qəbul edilməsi və dəstəklənməsi ilə müşahidə olunur. Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıq bölgə dövlətləri üçün yeni perspektivlər yaratmaqla yanaşı regionun beynəlxalq səviyyədə cazibədarlığını da artırmışdır.Faktdır ki, bu vaxtadək Ermənistanın işğalçılıq siyasəti regionu potensial tərəfdaşlar üçün müəyyən qədər riskli bölgə kimi qəbul etməyə əsas yaradırdı. İndiki halda isə Cənubi Qafqaz daha sabit, proqnozlaşdırıla bilən və ardıcıl inkişafı təşviq edəcək resurslara sahib məkan, əməkdaşlıq platforması kimi nəzərdən keçirilir. Bütün bunlar isə Azərbaycanın öz gücünə yaratdığı yeni geosiyasi vəziyyətin nəticəsidir.
Bölgənin sabitləşdirilməsi və davamlı sülh məkanına çevrilməsi istiqamətində atılan addımlardan biri kimi Şuşa Bəyannaməsini xüsusilə vurğulamaq gərəkdir. Çünki 15 iyun 2021-ci il tarixində Şuşada Azərbaycan və Türkiyə liderləri arasında imzalanmış Şuşa Bəyannaməsi yeni geosiyasi mənzərə yaradıb. Şuşa Bəyannaməsi fundamental olaraq iki dövlət arasındakı əməkdaşlığın dərinləşməsi eyni zamanda strateji münasibətlərin inkişaf etməsini nəzərdə tutur. Ancaq Bəyannaməyə sadəcə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin gücləndirilməsi olaraq deyil, eyni zamanda regionda formalaşmış yeni düzənə uyğun olaraq yeni əməkdaşlıq modelinin təqdim olunması kimi də baxmaq lazımdır. Çünki, Bəyannamədə qeyd olunan bəzi məqamlar, Azərbaycan və Türkiyə münasibətlərinə paralel olaraq region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə şərait yaradır.
Bəyannamə ilə bağlı diqqət çəkən məqamlardan biri də iqtisadi əlaqələr, ticari münasibətlər, kommunikasiyaların bərpa edilməsi və eyni zamanda hər iki ölkədə iqtisadiyyatın şaxələnməsi kimi məsələlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutmasıdır. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin tarixinə nəzər salsaq bu əlaqələrin həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə etdiyini görərik. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Azərbaycan və Türkiyənin tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP-ı misal göstərmək olar. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi və enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrlə bağlı daha bir vacib məqam isə odur ki, Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Mövcud potensialın dəyərləndirilməsi ilə hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandırmaqdadır.Beləliklə, biz Şuşa Bəyannaməsinə iqtisadi baxımdan baxsaq kifayət qədər əhəmiyyətli istiqamət olan məhz iqtisadi şaxələnmənin dəstəklənməsi və qarşılıqlı əməkdaşlığın formalaşmasından ibarət olduğunu görərik.
Şuşa Bəyannaməsi ilə bağlı daha bir vacib məqam oldur ki, imzalanan bu sənədlə Türkiyənin regiondakı varlığı daha da güclənir. Bu da öz növbəsində NATO-nun təsir dairəsinin artması mənasını daşıyır. Bütün bunlar isə Rusiyanın bölgədəki mövcudluğunu sual altına qoyur. Bu mənada erməni əsilli Azərbaycan vətəndaşları qarşısında bir seçim, daha doğrusu qərar vermə mexanizması ortaya çıxır. Belə ki, erməni xalqı ya Rusiyadan vassallıqdan vaz keçməli və Azərbaycan xalqı və dövləti ilə birgə yaşayışın yollarını axtarmalı ya da öz məhvlərinə addım-addım irəliləməlidir. Üstəlik, rəsmi Ermənistanın indi içində olduğu böhran vəziyyətində Qarabağ ermənilərinə hansısa mənada dəstək olacağını gözləmək yəqin ki, ən yaxşı mənada sadəlövhlük olardı. Qısaca sülh və birgəyaşayış erməni xalqı üçün öz gələcəklərini təmin etmənin yeganə yoludur. Şübhə yoxdur ki, qısa müddətdə onlar da bunu dərk edəcək və içi boş revanşizmdən əl çəkərək birgəyaşayış üçün səy göstərcəklər. Beləliklə, Şuşada imzalanan Azərbaycan Türkiyə strateji müttəfiqliyini, əmkədaşlığın bütün sahələrini özündə ehtiva edən Bəyannamə təkcə iki qardaş ölkənin əlaqələrini yeni fazaya keçirmir, həm də region üçün uzunmüddətli sülh və davamlı inkişafa yönəlmiş gələcək vəd edir.
Seymur Yusibov,
Piralahı rayonu, 231 saylı tam orta məktəbin direktor əvəzi
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

