Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Postmüharibə dövründə regionların inkişafı sahəsində görülən işlər dövlətin iqtisadi gücünün nəticəsidir

Postmüharibə dövründə regionların inkişafı sahəsində görülən işlər dövlətin iqtisadi gücünün nəticəsidir

27.07.2021 [08:58]

“Bizim gördüyümüz işlərin tarixi də göstərir ki, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik”.
Prezident İlham Əliyev


Tarix və siyasət bir-birini tamamlayan, eyni zamanda, nisbi müstəqilliyini saxlayan elm sahələridir. Bu gün siyasət sayılan, sabah tarixə çevrilir. Bu səbəbdən də elə güclü və məqsədyönlü siyasət yolu seçilməlidir ki, bu yol tarixin vərəqlərində əbədi həkk edilsin. Necə ki, Ulu Öndərimiz siyasətindən zəmin götürən ölkə Prezidenti cənab İlham Əliyev bu gün Öz dəst-xətti ilə tarixdə bir ilkə imza atır, yəni nəyi necə və nə zaman etməli olduğunu bildirməklə müdrik siyasət həyata keçirir. Əslində, tarixi təcrübədən öyrəndiyimiz odur ki, zəngin təbii və iqtisadi sərvətlərə sahib olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən dəfələrlə çətin olur.
Azərbaycan da həmişə öz təbii sərvətlərinə görə düşmən hücumlarına məruz qalan ölkələrdən olub. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu qələbənin əldə edilməsi qədər həmin ərazilərin yenidən bərpası, bütün bu işlərlə bərabər digər regionların da iqtisadi, sosial inkişafının da diqqət mərkəzində saxlanılması, hələ dünyanın problemi olan pandemiya ilə mübarizədə atılan mütərəqqi addımlar ondan xəbər verir ki, biz qüdrətli ölkənin vətəndaşlarıyıq.
Ümumilikdə müstəqilliyin taleyi 3 amildən asılı olduğunu məlumdur:
- dövlətçiliyin möhkəmləndirilməsi;
- İqtisadiyyatın dirçəldilməsi;
- dəyərlərin qorunub saxlanması.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə bir fikir söyləmişdi: “Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”.
Dövlətimizin başçısının regionlara müntəzəm səfərləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrasının yerində yoxlanılması, səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri, bütövlükdə, görülmüş işlərin həcmi bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur və qarşıya qoyulan vəzifələr artıq həllini tapır. Eyni zamanda, bu onu da göstərir ki, ölkə hərtərəfli inkişaf edir, regionlarda istifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir. Açılan müxtəlif obyektlər təkcə iqtisadiyyatın inkişafına təsir etmir, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və ötürülüməsinə də xidmət edir. 22 iyul 2021-ci il tarixdə Quba rayonunda I Qarabağ və Vətən müharibəsində şəhid olan jurnalistlərin xatirəsinə salınan parkın açılışı bir daha onu göstərir ki, ölkə rəhbərliyi tərəfindən regionlara göstərilən diqqət və qayğı yerlərdə də dəyərlərin qorunmasına xidmət edir.
Hazırda həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs postmüharibə dövründə ölkənin uğurlu inkişafını təmin edir. Altı ayın yekunları isə onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı artır.
Ümumilikdə, müəyyən institusional, sosial-mədəni və sivil mühitdə formalaşan siyasət bir sıra amillərin təsirinə məruz qalır. İnsan özü istəsə də, istəməsə də, siyasi sistemin müəyyən tipindən kənarda ola bilməz. Bu səbəbdən qarşılaşdığımız vəziyyətlərdə ya inkişafa fayda verməli, ya da sağlam mövqedə dayanmağı bacarmalıyıq, Azərbaycanın gələcək inkişafında maraqlı olan vətəndaşlar kimi bizim əsas hədəflərimizdən olmalıdır.
2021-ci ilin mart ayında keçirilən konfransda çıxış edən YAP-ın Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, qarşıda dayanan əsas vəzifələrdən biri azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərində fəal iştirak etməkdən ibarətdir: “Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı proqram xarakterli çıxışı hər birimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. İlham Əliyevin Qurultaydakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələr hər bir partiya üzvünün məsuliyyətini müəyyənləşdirir”.
Bu isə regionlarda inkişafın şahidi olan bizlər kimi vətəndaşların, YAP üzvlərinin, YAP-da məsul mövqedə olan fəalların qarşısında da yeni yol xəritəsini çəkmiş oldu. Yol xəritəsinin isə əsas ideyası budur: getdiyimiz, tutduğumuz yolun məsuliyyətini dərk etmək, buna uyğun davranmaq və mövqe sərgiləmək!

Aysel Şeydayeva
YAP Quba Rayon Təşkilatının İdarə Heyətinin üzvü, ADPU-nun Quba filialının prorektoru

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31