YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
06.08.2021 [09:21]
Avqustun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, rayon təşkilatı Yeni Azərbaycan Partiyasının mütəşəkkil, mübariz təşkilatlarından biridir. Hazırda rayon təşkilatı 104 ərazi ilk partiya təşkilatında 6318 partiya üzvünü birləşdirir.
O, qeyd edib ki, hesabat dövründə təşkilata gənclərin axını, xüsusilə diqqət çəkib. Belə ki, hazırda təşkilatın üzvlərinin 31 faizini, yəni 1648 nəfərini gənclər təşkil edir.
G.Bayramov vurğulayıb ki, YAP Samux rayon təşkilatının fəaliyyətinin əsas qayəsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliği təşkil edir. Bu məqsədlə rayon təşkilatında müntəzəm olaraq müxtəlifməzmunlu tədbirlər, konfranslar, görüşlər, idman, bilik yarışları və digər tədbirlər keçirilib.
2020-ci ilin Azərbaycan xalqı üçün Zəfər ili olduğunu bildirən təşkilat sədri deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi Qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş etdi. Azərbaycan yeni reallıqlar yaratdı ki, bu da həm ölkəmiz, həm də bütövlükdə, region üçün perspektivlər vəd edir, yeni çağırışlar formalaşdırır. Qeyd olunanlar fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi zamanın tələbinə çevrildi. Biz gələcəyə çox böyük inamla baxırıq. Seçdiyimiz yol Heydər Əliyev yoludur, müstəqil Azərbaycanımızı, xalqımızı xoşbəxtliyə, dövlətimizi müasir, zəngin və qüdrətli dövlətlər sırasına aparan yoldur. Xalqımız əmindir ki, Azərbaycana daim uğurlar gətirən bu yol bundan sonra da uğurlu olacaq.
Sonra YAP Samux rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Şakir Məmmədovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Samux rayon təşkilatı İdarə Heyətinin üzvü, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, rayon təşkilatının sədr müavini Şəmistan Yusifov, Samux şəhər 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Nuridə Həsənova, rayon təşkilatı Gənclər Birliyinin üzvü Qurban Həsənov çıxış edərək təşkilatın hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, partiyanın uğurlarının əsasında xalqın sevgisi, dəstəyi dayanır. Yarandığı gündən xalqın partiyası kimi tanınan və nüfuz qazanan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən artıq üzvü birləşdirir. Bu rəqəm xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bugününün və sabahının əsasıdır. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.
Ə.Tağıyev YAP Samux rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Samux rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

