YAP Xocalı rayon təşkilatının X hesabat konfransı keçirilib
07.09.2021 [09:19]
Sentyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bir daha xalqımızın nə qədər məğrur, yenilməz olduğunu nümayiş etdirdi. V.Əliyev qeyd edib ki, YAP Xocalı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının VII Qurultayında qarşıya qoyulan vəzifərlərin yerinə yetirilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər edir.
V.Əliyev onu da əlavə edib ki, YAP Xocalı rayon təşkilatının sıralarında 885 üzv birləşir ki, onun da 384 nəfəri qadın, 227 nəfəri isə gəncdir.
Sonra YAP Xocalı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Əliniyaz Nəcəfovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Xocalı rayon təşkilatının İdarə Heyətinin üzvləri - Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, rayon təşkilatının sədr müavini Nəcəf Həsənov, təşkilatın Qadınlar Şurasının sədri Məlahət İsmayılova, rayon təşkilatının dövlət idarəetmə orqanları üzrə ərazi ilk partiya təşkilatının sədri Anar Əliyev təşkilatın hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycan davamlı inkişafı ilə digər ölkələrə nümunədir: “Ən əsası xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı uğurların davamlılığına geniş yol açır. Bu fikir dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışlarında da öz əksini tapır ki, xalqın dəstəyi yeni-yeni təşəbbüslərin irəli sürülməsinə, hər sahə üzrə konkret Dövlət Proqamlarının uğurlu icrasına əsas yaradır. Məhz bu uğurlar yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qarşısında da yeni-yeni vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunan qərarlar, idarəçilik sistemində təkmilləşmə də bu məqsədə xidmət edir. Xalqın partiyası kimi mövqeyini günbəgün möhkəmləndirən Yeni Azərbaycan Partiyası güclü, mütəşəkkil qüvvədir”.
Ə.Tağıyev YAP Xocalı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Xocalı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20

