Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sağlam ideologiya ordulardan daha qüdrətlidir

Sağlam ideologiya ordulardan daha qüdrətlidir

27.11.2021 [10:29]

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransı keçirilib

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov konfransda məruzə edib.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələnin - böyük quruculuq, inkişaf və tərəqqi dövrünün əsası qoyulmuş, müdrik dövlət xadiminin yaratdığı iqtisadi, elmi və milli potensial sonradan müstəqilliyimizin möhkəm təməlinə çevrildiyini bildirən V.Talıbov söyləyib ki, əgər Ümummilli Lider Sovetlər Birliyi dövründə Azərbaycanı müstəqilliyə hazırlamışdırsa, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə isə Yeni Azərbaycan Partiyasını təsis etməklə müstəqilliyimizi və dövlətçiliyimizi qorumuşdur. “1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət 8 gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda” tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır”, - deyən NMR Ali Məclisinin Sədri vurğulayıb ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradılmışdır: “Ümummilli Liderimiz Heydər Əliyev də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Bu partiya yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır”“.

Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli iradəsini əks etdirən dünənin, bu günün və gələcəyin partiyası olduğunu deyən V.Talıbov qeyd edib ki, ölkəmiz Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur: “Azərbaycanda sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, quruculuq işlərinin həcmi artmış, əhalinin rifahı yüksəlmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuş, ölkə Prezidenti tərəfindən isə bu yol davam etdirilərək inkişaf və tərəqqiyə, sabitliyə və yüksək rifaha nail olunmuş, torpaqlarımız işğaldan azad edilmişdir.

Müdriklər deyirlər ki, sağlam ideologiya ordulardan daha qüdrətlidir. Böyük mübarizə yolu keçən Yeni Azərbaycan Partiyasının gücü də sağlam ideologiya və prinsiplərə əsaslanmasındadır”.

Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının da Ümummilli Liderin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçdiyini xatırladan Sədr  təşkilatın inkişafından söz açıb: “Əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında 1118 Yeni Azərbaycan Partiyası üzvü vardısa, hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 58 minə yaxın üzvü birləşdirmişdir. Partiya üzvlərinin 25 min nəfərdən çoxu qadın, 24 minə yaxını isə gənclərdir. Bu gün partiyanın muxtar respublika təşkilatı üzvlərinin 55 faizini ali və orta ixtisas təhsillilər təşkil edir”.

Partiyanın muxtar respublika təşkilatının 2014-cü ildə keçirilmiş beşinci konfransı ilə onun altıncı konfransı arasında olan müddət ərzində Naxçıvanda əldə olunan nailiyyətlərin Ulu Öndərin Yeni Azərbaycan Partiyasının proqramında müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi nəticəsində mümkün olduğunu nəzərə çatdıran V.Talıbov bildirdi ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter almış, bütün iqtisadi göstəricilər üzrə artım dinamikası qorunub saxlanılmışdır. Bu illər ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalı 22 faiz artaraq 2 milyard 900 milyon manata çatmışdır. Naxçıvan Muxtar Respublikası əvvəlki illərdə olduğu kimi geniş quruculuq meydanına çevrilmiş, 105 elm və təhsil ocağı, 188 mədəniyyət və 15 idman obyekti, 81 səhiyyə müəssisəsi, 131 inzibati bina, 30 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, 458 kilometrlik yeni avtomobil yolu çəkilmiş, sahibkarlığın inkişafına diqqət artırılmış, 20 minə yaxın iş yeri açılmışdır. Muxtar Respublikada müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər də ardıcıl şəkildə davam etdirilmiş, 100-dən çox hərbi obyekt, 491 istehsal və xidmət sahəsi, yeni su və günəş elektrik stansiyaları istifadəyə verilmişdir. Əldə olunmuş nailiyyətlər demoqrafik inkişafa da öz təsirini göstərmiş, ötən dövrdə Muxtar Respublikanın əhalisi artaraq 461 min nəfərdən çox olmuşdur.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində yeni dövrün başladığını vurğulayan partiyanın NMR Təşkilatının Sədri bildirdi ki, partiya-təşkilat işi daha da gücləndirilməli, partiya orqanlarının və yerli təşkilatların fəaliyyəti yeni tələblərə uyğunlaşdırılmalıdır.

“Müstəqilliyimizin və dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətidir. Ümummilli Liderimiz deyirdi ki, “Azərbaycanda dövlətin qarşısında duran vəzifələr, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir”. Dahi şəxsiyyətin bu fikirləri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən bundan sonra da əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilməli, partiya üzvləri ictimai-siyasi proseslərdə və həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməlidirlər. Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır. Ona görə də partiya sıralarına yeni üzvlərin qəbulu zamanı sağlam təfəkkürlü, dövlətçiliyə bağlı və vətənpərvər gənclərə üstünlük verilməlidir”, -deyən V.Talıbov partiya işinin təşkilində vacib məsələlərdən biri də düzgün təbliğat mexanizminin müəyyənləşdirilməsi olduğunu söylədi: “Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf, qazanılmış tarixi Qələbə məhz Yeni Azərbaycan Partiyasının platformasında nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində mümkün olmuşdur. Ona görə də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı yerli təşkilatlarla birlikdə vətəndaşlarla işə üstünlük verməli, həyata keçirilən tədbirlərin mahiyyəti onlara düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalıdır”.

Çıxışının sonunda “Yeni Azərbaycan Partiyasının məramnaməsi müstəqil Azərbaycan dövlətinin milli ideologiyasıdır. Ulu Öndər Heydər Əliyevin yolu dünən və bu gün olduğu kimi, gələcəkdə də dövlətçiliyimizin və müstəqilliyimizin təminatıdır. Ölkə Prezidentinin də dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir. Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq. Bu yolda hamınıza uğurlar arzulayıram”,- deyə NMR Ali Məclisinin Sədri vurğulayıb.

 

 

 

Paylaş
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31