“Möhkəm təməllər üzərində qurulmuş güclü dövlətin banisi” mövzusunda konfrans keçirilib
08.12.2021 [16:23]
Dekabrın 8-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurası, Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Möhkəm təməllər üzərində qurulmuş güclü dövlətin banisi” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Veteranlar Şurasının üzvləri, YAP Mərkəzi Aparatının əməkdaşları və partiyanın Yasamal rayon təşkilatının fəal gəncləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
Konfransda ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhizadə bildirib ki, ümummilli liderimiz Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. A.Rəhimzadə qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilk növbədə, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas etdi. Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı.
Tədbirdə məruzə ilə çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə bildirib ki, Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var: “Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, onun inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq”.
Ümummilli Liderlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə deyib ki, dahi şəxsiyyət Heydər Əliyev hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndərin həyat və fəaliyyətinin böyük məktəb olduğunu deyən D.Seyidzadə qeyd edib ki, gənc nəsil Heydər Əliyev irsini dərindən öyrənməlidir. “Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan Prezidenti ölkəmizin inkişafı ilə bağlı mühüm işlər görür”,-deyə məruzəçi vurğulayıb.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O qeyd edib ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində ümummilli liderimiz xalqımızın və respublikamızın inkişafı, tərəqqisi naminə misilsiz işlər görüb. E.Həsənovun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi ilə Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır.
YAP Veteranlar Şurasının üzvü Zahid Xəlil çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev tarixi şəxsiyyətdir: “Heydər Əliyevi xatırlayarkən gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır”.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında deyib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Azərbaycanda gənclər siyasətinin əsasının Ulu Öndərimiz tərəfindən qoyulduğunu deyən B.İslamov söyləyib ki, müasir gəncliyimizin əsas vəzifələrindən biri Heydər Əliyev irsinin dərindən öyrənilməsidir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41

