Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir

Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir

08.04.2022 [16:24]

Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq zəfər qazandıqdan sonra Cənubi Qafqaz regionunda vəziyyət köklü surətdə dəyişməkdədir. Bu regionun yeni geosiyasi konfiqurasiyasının formalaşmasında Azərbaycan Prezidenti cənab İlham Əliyev həlledici rol oynayır. Şanlı Zəfərdən sonra beynəlxalq birlik artıq Azərbaycanın regionda yaratdığı reallıqları qəbul edir. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün nəticələri də bunu deməyə tam əsas verir.

Brüssel görüşünün nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanat ilə çıxış etdi. Cənab Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bəyan edib. O, həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllini vurğulayıb və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirib. Avropa İttifaqı öz növbəsində Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən, ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaq. Azərbaycanın Xarici İşlər Nazirliyinin Brüssel görüşü ilə əlaqədar rəsmi mövqeyində isə vurğulanır ki, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.

Ümumiyyətlə, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu və mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. İkinci Qarabağ müharibəsində qazanılan parlaq qələbə bu nüfuzu daha da gücləndirdi. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Qafqazın perspektiv inkişafı məsələsində Azərbaycanın Lideri ilə hesablaşır və dövlətimizin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Brüssel görüşünün nəticələri də bu baxımdan Azərbaycanın maraqlarına uyğundur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında və jurnalistlərə verdiyi müsahibədə “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. Halbuki, Ermənistan, erməni lobbisi və diasporu Dağlıq Qarabağ münaqişəsini gündəmdə saxlamaq, münaqişənin hələ də bitmədiyi barədə beynəlxalq rəy formalaşdırmaq üçün bütün imkanlarını səfərbər etmişdilər. Lakin Prezidentimiz cənab İlham Əliyev qətiyyətlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub və Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Şarl Mişelin bəyanatında da bu ifadənin işlədilməməsi Ermənistana və onun havadarlarına tutarlı cavabdır. Digər tərəfdən, bu fakt Avropa İttifaqının Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etdiyini birmənalı şəkildə təsdiqləyir.

Başqa bir önəmli məqam isə Brüssel görüşünün yekunlarına həsr olunmuş bəyanatda ATƏT-in Minsk qrupuna istinad edilməməsidir. Bu amil də həmsədrləri siyasi dövriyyəyə qaytarmaq üçün canfəşanlıq edən Ermənistana güclü zərbədir. Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın müddətdə mövcud olmuş münaqişənin həlli üçün səmərəli fəaliyyət göstərməyib, daha doğrusu münaqişəni həll etmək marağında olmayıb. Bir sıra hallarda isə həmsədrlərin bəyanatı ermənilərin maraqlarına daha çox cavab verib. Təsadüfi deyil ki, həmsədrlər öz bəyanatlarında Ermənistanın işğalçı olduğunu bəyan etməyib, ona Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaq üçün heç bir təsir göstərməyib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan üç həmsədr dövlətin belə mövqeyi Azərbaycan cəmiyyəti tərəfindən halı olaraq narazılıqla qarşılanır və həmsədrlərin regiona səfərləri “turist səfəri” kimi səciyyələndirilirdi. Məhz həmsədrlərin yarıtmaz fəaliyyəti səbəbindən münaqişə sülh yolu ilə həll olunmadı və dövlətimiz problemi öz gücünə həll etdi.

Yeni şəraitdə isə ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. Çünki bu format özünü doğrultmadığı üçün tarixin arxivinə göndərilir. Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, etimad mühitinin yaradılması və digər məsələlərlə bağlı ən optimal format Avropa İttifaqının vasitəçiliyidir. Ötən dövr ərzində Avropa İttifaqının təşəbbüsləri bu formatın əhəmiyyətini təsdiqləyib.   

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31