Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident” mövzusunda konfrans keçirilib

“Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident” mövzusunda konfrans keçirilib

14.04.2022 [17:33]

Aprelin 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və partiyanın Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident” mövzusunda konfrans keçirilib.

Konfransın moderatoru, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri xalqımızın Prezident İlham Əliyevə yüksək etimadının növbəti göstəricisi oldu. Onun sözlərinə görə, ötən illər ərzində qazanılan böyük uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. H.Misirov YAP Kəlbəcər rayon təşkilatının fəallarının dövlət başçısının siyasətinin uğurlarının təbliğində aktiv iştirak etdiyini diqqətə çatdırıb.

Çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Cavid Qurbanov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq xalqımızı bütün təhlükələrdən xilas etdi. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı daha da gücləndirib, dünyada söz sahibi olan dövlətə çevirib. “Cənab İlham Əliyev fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. 44 günlük Vətən müharibəsində qazanılan zəfər sübut etdi ki, cənab İlham Əliyev tarix yazan sərkərdədir.   Vətən müharibəsində qəhrəman ordumuzun rəşadəti, şəhidlərimizin qanı hesabına torpaqlarımız işğaldan azad edildi. Ermənistan silahlı birləşmələri ordumuzun qarşısında diz çökdü, üç rayonumuz, o cümlədən Kəlbəcər qan tökülmədən geri qaytarıldı. Hazırda azad edilmiş digər bölgələrdə olduğu kimi Kəlbəcərdə də Prezidentimizin tapşırığı ilə möhtəşəm işlər görülür”, - deyə C.Qurbanov vurğulayıb.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxışında bildirib ki, kəlbəcərlilər hər zaman dövlət başçısının siyasətini dəstəkləyib. Onun sözlərinə görə, əhali uzun illər məcburi köçkün həyatı yaşasa da, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına inanırdı və belə də oldu: “Hazırda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün dövlətimiz böyük işlər görür. Aprelin 12-də Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində dövlətimizin başçısı Kəlbəcər rayonunda da görülən və görüləcək işlərlə bağlı dəyərli fikirlər səsləndirdi”.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən müddət ərzində sürətlə inkişaf edib, siyasi və iqtisadi stabillik və dayanıqlıq təmin olunub: “Biz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayaraq bu günə gəlib çatmışıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə Zəfəri ilə özünün güclü və qüdrətli dövlət olduğunu nümayiş etdirdi”. A.Rəhimzadə deyib ki, müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması dövlətimizin qarşısında dayanan başlıca vəzifələrdəndir. Həmin bölgələrdə iqtisadiyyatın dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanlarımızın rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçərək güclü dövlətə çevrilib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının xüsusi rolunu qeyd edən R.Qonaqov cari ildə partiyanın yaranmasının 30 ilinin tamam olduğunu da diqqətə çatdırıb. O, Vətən müharibəsi nəticəsində Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratdığını və bu reallıqların bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət etdiyini söyləyib.

Çıxış edən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin ən müasir səviyyədə həyata keçirildiyini deyib. Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərlə bağlı 400-dən çox normativ akt qəbul olunub. Bu dövr ərzində kəlbəcərlilər də hər zaman dövlətimizin qayğısını hiss edib. Q.Sadıqov qeyd edib ki, kəlbəcərlilər dövlətimizin doğma yurdlarına qayıtmaq üçün onlara bütün şəraitin yaradacağına əmindirlər.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev çıxışında bildirib ki, bu gün dövlət başçısı cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Onun sözlərinə görə, Xalq-Prezident-Ordu birliyi əsasında qazanılmış şanlı tarixi zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xilas edilən ata-baba torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır: “Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək, erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək”.

Milli Məclisin deputatı Aqil Məmmədov isə çıxışında Azərbaycanın qarşısında yeni inkişaf perspektivlərinin açıldığını deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı zəfər gələcək uğurlarımızın əsasını təşkil edir. Bu yolda da xalqımızın birlik və həmrəylik nümayiş etdirəcəyi şübhəsizdir.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Analitik

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

27 May 10:15

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31