Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İlham Əliyevin müstəqil uğurlu xarici siyasəti milli maraqlara və inkişafa böyük təkan və töhfələr verir

İlham Əliyevin müstəqil uğurlu xarici siyasəti milli maraqlara və inkişafa böyük təkan və töhfələr verir

16.04.2022 [23:33]

Dünyanın müharibələr məngənəsində silkələndiyi bir vaxtda tarazlaşdırılmış, bərabərhüquqlu əməkdaşlığa söykənən xarici siyasəti bərqərar etmək, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək və hətta uğur qazanmağın çətinliyinin göz önündə olması bu barədə təhlilsiz də çox söz deyir. Bütün bu çətinliklərə baxmayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətimizin milli maraqlarını qoruyaraq  apardığı müstəqil çoxşaxəli xarici siyasəthəm beynəlxalq münasibətlər sistemində, həm dəqonşu ölkələrlə yüksək səviyyəli münasibətlərindavamlılığında böyük uğur qazanır və ölkəmizə yeni nüfuz gətirir. Bu günlərdə  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev hesabat nitqlərində Azərbaycanın xarici siyasət müstəvisində gördüyü işlərin qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığanecə töhfə verdiyindən və bunların ölkəmiz üçün hansı uğurlarla nəticələndiyindən, inkişafa necə təkan olmasından geniş və ətraflı danışdı. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa diqqət çəkdi və onun uğurla davam etdirildiyini  və dünyanın aparıcı beynəlxalq təşkilatların artıq  yeni reallıqları qəbul etdiyini faktlarla və rəqəmlərlə göz önünə sərmişdir. 

Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbir BMT xətti ilə Şuşa şəhərində  keçirilməsini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, atdığı praktiki addımlar və bunların həm xalqımız üçün, dövlətimiz üçün, həm də orada təmsil olunan dövlətlər üçün  əhəmiyyətinin böyüklüyünə diqqət çəkdi.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.

Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. 3+3 əməkdaşlıq formatının işə düşməsi sevindirici haldır. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.

Bəli, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil  uğurlu xarici siyasəti milli maraqlara və   inkişafa  böyük təkan və töhfələr verir.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

Prezident bu gün

16 May 10:15

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Ədəbiyyat

Analitik

MEDİA

İqtisadiyyat

101-dən 58...

14 May 10:50

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

14 May 10:00

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31