Bu dəfə birliyin, həmrəyliyin məkanı Azad Şuşadır!
25.04.2022 [16:32]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycan son 30 ildən artıq müddətdə şərəfli, keşməkeşli, eyni zamanda çətin bir yol keçmişdir. Ötən bu dövr xalqımızın tarixində çox əhəmiyyətli, vacib və əlamətdar günlərlə, hadisələrlə zəngin olmuşdur. Bu gün də müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.
Ən böyük uğurlarımızdan biri də dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların birliyinə, həmrəyliyinə nail olunmasıdır. Tarixi Qələbəmizdən sonra Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tariximizə Zəfər Qurultayı kimi yazıldı. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı araya gətirən bu Qurultay həm də böyük rəmzi məna daşıyır. Belə ki, Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında fəallıq göstərən insanlar məhz, qəhrəman Azərbaycan oğullarının dastan yazdığı qədim Şuşada bir araya gəldilər.
Onsuz da Şanlı Qələbədən sonra qədim mədəniyyət paytaxtımız Şuşada bir sıra mötəbər tədbirlər keçirilmişdir. 12 may 2021-ci ildə Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi, 18 sentyabr 2021-ci il tarixdə ilk dəfə Milli Musiqi Günü Şuşada keçirildi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edildi, 2021-ci il avqust ayının 30-da Şuşada H.Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri keçirildi, 18 mart 2022-ci ildə Şuşa şəhərində Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirildi. Möhtərəm Prezidentimiz və ailə üzvləri işğaldan azad olunmuş ərazilərə, o cümlədən dilbər Şuşaya dəfələrlə səfər etdilər.
Tarixi Zəfərdən sonra ilk dəfə keçirilən Dünya Azərbaycanlılarının növbəti V Qurultayında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev proqram xarakterli nitq söylədi. Möhtərəm Prezidentimiz qeyd etdi ki: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Zəfər Qurultayı dünyada yaşayan hər bir azərbaycanlı üçün qürurverici bir hadisədir. 30 ildən sonra Azad Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha növbəti mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində yazılan yeni bir tarixi hadisədir. Müzəffər Ali Baş Komandan öz çıxışı zamanı bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin öz tarixi əhəmiyyəti və rəmzi mənası vardır. “Mən bilirəm, dünyanın hər bir yerində yaşayan Azərbaycanlılar bilirlər ki, onların arxasında güclü bir Azərbaycan dövləti var və o heç vaxt öz vətəndaşlarını darda qoymaz!”
Müharibədə Zəfər, Şuşaya aparan Zəfər yolu, ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradılması və sair kimi mühüm məqamlar özündə həm də böyük bir mənanı ehtiva edir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordularından biri kimi tarixə düşdü.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

