“Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük şah əsəridir” adlı tədbir təşkil olunub
25.04.2022 [16:49]
25 Aprel 2022 - ci il tarixində Tovuz Gənclər Evində Gənclər evi və Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatı ilə birgə Azərbaycan Respublikasında müasir Azərbaycanın qurucusu və memarı, Azərbaycançılıq ideologiyasının müəllifi, Ulu öndər və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük şah əsəridir” adlı tədbir təşkil olunub. Tədbirdə Tovuz Gənclər Evinin əməkdaşları və gənclərlə bərabər, Yeni Azərbaycan Partiyasının Tovuz Rayon Təşkilatının sədr müavini İlqar Kərimov, aparatın əməkdaşı Emin Feyzizadə, Tovuz Gənclər Evinin Direktoru Rauf Rüstəmov və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tovuz Gənclər Evinin Direktoru Rauf Rüstəmov həm ulu öndərin və habelə, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş həm də, Birinci və İkinci Qarabağ - Vətən müharibəsi şəhidləri və bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anaraq, ümummilli liderin siyasi, ictimai fəaliyyəti və gənclərlə bağlı tövsiyyələrini, dövlətimizin 1991-1993 - cü illərdəki idarəetmədə yaşanan xaotik vəziyyəti qısamüddət ərzində siyasi və diplomatik qabiliyyəti və uzaqgörən iradəsi hesabına nizamladığı və siyasi, iqtisadi stabillik əldə etməsini və bunun da məntiqi nəticəsi olaraq, dövlətimizin inkişafına təkan verdiyini qeyd etdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirildiyini də diqqətə çatdıran Tovuz Gənclər Evinin Direktoru Rauf Rüstəmov vurğuladı ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində, xüsusilə idman yarışlarında fəal şəkildə iştirak edir.
Sonra, Gənclər Evi ilə Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının qarşılıqlı əməkdaşlığı sayəsində birgə və davamlı tədbirlərin təşkil olunacağını vurğuladı və elə bu məqsədlə də hörmətli qonağımız YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimova söz verildi. İlqar Kərimov öz növbəsində Heydər Əliyev siyasi kursu və diplomatik nailiyyətləri haqqında ətraflı məruzə etdi. Dünya siyasi arenasında diplomatik lider kimi yüksək bacarıqlara sahib bir şəxsiyyətin xalqımızın, dövlətimizin və millətimizin gələcəyini yüksək uzaqgörənliklə planlaşdırdığı bu günki inkişaf səviyyəmizlə aydın olur deyə ifadə etdi. İlqar Kərimov vurğuladı ki, Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır. Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyevin işinin davamçısı, siyasi irsinin birbaşa varisi və övladı kimi Prezident İlham Əliyevin bu böyük şəxsiyyət haqqında dediyi sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verən sözlərdir. Bu gün onun işi yaşayır, siyasəti yaşayır və mən əminəm ki, Azərbaycan onun istədiyi kimi inkişaf edir. Əlbəttə ki, mən həmişə ona oxşamağa çalışmışam. Çünki siyasətçi keyfiyyətləri ilə yanaşı, o, həyatda hamıya nümunə ola biləcək adam idi. Özünün əsəri olan Azərbaycanı bugünkü səviyyədə görsəydi, şad olardı. Bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevi ümummilli lider Heydər Əliyevlə birləşdirən bir çox ümumi cəhətlər vardır. Lakin onlardan bəzilərini xüsusi qeyd etmək lazımdır. Bu, ilk növbədə vətən, dövlət və millət qarşısında məsuliyyət hissidir. Biz əvvəldə ulu öndərin bu barədə bəzi fikirlərini qeyd etmişdik. Bu məsuliyyət hissi cənab İlham Əliyevin də bütün həyatının məğzini təşkil edir və ətrafında olan hər bir kəsdən də bunu qətiyyətlə tələb edir. Cənab İlham Əliyev hakimiyyətin nədən ibarət olması barədə öz düşüncələrini açıqlayaraq deyir: "Mən deyərdim ki, bu gün hakimiyyəti beş il əvvəlkindən fərqli başa düşürəm. O vaxt mənim üçün hakimiyyət, ilk növbədə, böyük məsuliyyət yükü idi. Həm atamın xatirəsi qarşısında, həm ölkə qarşısında, həm də xalq qarşısında məsuliyyət idi. Başa düşürdüm ki, Azərbaycanın gələcəyi mənim görəcəyim işlərdən asılı olacaqdır. Bu gün deyə bilərəm ki, bu məsuliyyət hissi məni heç vaxt tərk etməsə də, hər halda, buraya başqa hisslər də əlavə olunur. Yəni indi mən hakimiyyəti ölkə üçün daha yaxşı işlər görmək imkanı kimi qəbul edirəm. Bu gün mənim üçün hakimiyyət, ilk növbədə, Azərbaycan vətəndaşlarından ötrü xeyirxah işlər görmək imkanıdır". Gördüyümüz kimi, Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları XXI əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Çünki Heydər Əliyev ideyaları yaşayan və yaşadan ideyalardır.
Sonda, hörmətli İlqar Kərimov bu günlə bağlı digər tarixi anların yaşandığı bir məqama diqqət çəkərək, məhz bu günlərdə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Ümummilli liderin siyasi, diplomatik və hərbi kursunun məntiqi nəticəsi olaraq, Cənab Ali Baş Komandanımızın yüksək hərbi və idarəetmə qabiliyyəti ilə 44 günlük Vətən müharibəsində - "Zəfər müharibə"mizdə xalqımızın igid oğullarının sayəsində mənfur düşmənlərimizdən azad olunmuş və 2022-ci il üzrə Türk Dünyasının Mədəniyyət Mərkəzi seçilmiş Şuşa şəhərində təşkil olunmasının Heydər Əliyev dühasının və onun siyasi və iqtisadi inkişafı təmin etməsi sayəsində mümkünlüyünü xüsusilə önə çəkdi və Gənclər Evinin fəaliyyətindən bəhs edərək, iştirakçı tələbələrə öz tövsiyyələrini verdi. Natiq dövlətimizin və cəmiyyətimizin əsas qüvvəsi olan gənclərimizin 27 Sentyabr - 10 Noyabr 2020-ci il tarixlərində - 44 günlük "Zəfər müharibə"mizdə və habelə, hər zaman dövlətimizin və xalqımızın birliyi naminə Cənab Ali Baş Komandanın ətrafında sıx birləşdiyini də ifadə etmişdir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

