Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq !” arzusu bu gün reallığa çevrilir

Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq !” arzusu bu gün reallığa çevrilir

07.05.2022 [11:32]

Təbii ki, hər birimizin qəlbimizdə çox incə, kövrək hislər, xatirələr baş qaldırır. Nə etmək olar ? Təbiətin qanununa əsasən hər bir kəs nə vaxtsa dünyasını dəyişir, haqq dünyasına qovuşur Lakin yaşadığı ömrü mənalı keçirən, onu şam kimi əridərək canından artıq sevdiyi Vətəninə, xalqına xidmətlə başa vuran şəxslər, bir sözlə, dahilər ölmürlər, onlar əbədiyyətə qovuşurlar.

    “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam !” yaxud, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram !” kimi müdrik fikirlərini əməli işlərilə həyata keçirən Heydər Əliyev əbədi olaraq Liderlik zirvəsinə, dahilik zirvəsinə yüksəldi. Odur ki, bu gün Müstəqil Azərbaycan deyəndə, Heydər Əliyev, Heydər Əliyev deyəndə Müstəqil Azərbaycan başa düşülür. Bu gün Ulu Öndərimizin dəsti – xətti, onun əməlləri, onun izi bizim hər addımımızda, hər anımızdadır. Elə bilirəm ki, bizlərə nəsib olan xoşbəxtliklərdən biri də odur ki, bizlər Ulu Öndərimizlə bir dövrədə yaşadıq, onun rəhbərliyi altında işlədik, çalışdıq, onun yaratdığı Yeni Azərbaycan Partiyasının üzvü olduq. Şəxsən mən qürur hissi keçirirəm ki, Ulu Öndərimizin iştirakı ilə indiki Heydər Əliyev adına sarayda keçirilən bir sıra tədbirlərin, Partiyamızın Qurultaylarının, ildönümlərinin, respublika səviyyəli tədbirlərin iştirakçısı olmuşam, Ulu Öndərimizi canlı şəkildə yaxından görüb, əyani şəkildə saatlarla onun dəyərli çıxışlarına, tapşırıq və tövsiyyələrinə qulaq asmışam. 

​Gəlin bir anlıq tarixə, yaxın keçmişə nəzər salaq. Heydər Əliyev hansı dövrdə respublikamıza yenidən rəhbərliyə qayıtdı ? 90-cı illərin əvvəllərində respublikamızda nələr baş verirdi ?

​Xaos, anarxiya, özbaşnalıq, kürsü – vəzifə davası, hakimiyyətsizlik, səriştəsiz rəhbərlik, müəyyən şəxslərin tabeçiliyində olan başıpozuq, ordu birləşmələri (əgər ona ordu demək mümkündürsə) mənfur qonşuların öz himayədarları hesabına torpaqlarımızın bir – birinin ardınca işğalı, o dövrdə dövlət büdcəsində vəsaitdən belə söhbət gedə bilməzdi, insanlıq üçün ən çətin, ən dəhşətli bir məsələ olan xalqımızın çörəklə imtahana çəkilməsi və.s. Belə bir çətin vaxtda Ulu Öndərimiz ölkə rəhbərliyinə qayıtdı və canından artıq sevdiyi Azərbaycanı məhv olmaqdan, müstəqilliyinin itirilməsi təhlükəsindən, necə ki, biz bu gün bunu Kapitulyant Ermənistanın simasında görürük, belə ki, Ermənistan bu gün nəinki regionda, həmçinin beynəlxalq aləmdə qeyri – ciddi, sabit siyasi kursu olmayan, gah NATO-ya, gah Rusiya tərəfə üz tutan, diktə ilə oturub – duran bir ölkə imici qazanıb. Ulu Öndər Heydər Əliyev bəlkə də Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən qorudu, saxladı, inkişaf etdirdi, dünyaya tanıtdı. Odur ki, “Ulu Öndərimizi həm də “Böyük Xilaskar” adlandırırlar. 

​Hər bir xalqın öz tarixi boyu özünə məxsus liderləri, dahiləri, görkəmli şəxsiyyətləri olmuşdur. Mən deyərdim ki, Heydər Əliyev tək Azərbaycanın deyil, bütün Türk dünyasının eləcə də sonradan çox böyük qısqanclıqla qəbul olunan postsovet ölkələrinin liderlərindən, dahilərindən biridir. 

​Bəli, bizim xalqımız çox müdrik, həm də xoşbəxt xalqdır. Çünki xalqımızın Heydər Əliyev kimi Ümummilli Lideri, onun İlham Əliyev kimi layiqli davamçısı var. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Partiya sədrimiz tərəfindən əzmlə, böyük səylə həyata keçirilən siyasi – kurs, dəsti – xətt hamımızın gözü qarşısındadır. Biz bunun 44 günlük Şanlı Vətən Müharibəsində də canlı şahidi olduq. Möhtərəm Prezidentimizin rəhbərliyi altında elə bir Möhtəşəm Qələbəyə, elə bir Zəfərə imza atıldı ki, bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Əlbəttə ki, bu misilsiz Qələbə şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, Müzəffər Ali Baş Komandanımızın xüsusi sərkərdəlik qabiliyyəti sayəsində əldə olundu. Bununla da illərlə masa üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsini Azərbaycan özü icra elədi. Bununla da tarixi ədalət, milli ləyaqət bərpa olundu. Əgər hərbi müstəvidə Qələbə xalq – ordu birliyi, rəhbər – xalq həmrəyliyi sayəsində qazanıldısa, diplomatik müstəvidə Qələbə məhz, Möhtərəm Prezidentimiz tərəfindən deyərdim ki, tək qazanıldı. 

​Möhtərəm Prezidentimiz buyurur ki, məhz, “İqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət yürüdə bilər !”. Bəli, II Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə həm də güclü iqtisadiyyat, müstəqil siyasət nəticəsində əldə olundu. 

​Mənim qənaətimlə bu Qələbənin əsası hələ 1991-ci ildə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisininn sədri olanda qoyuldu. 

​Mən elə bilirəm bu Qələbənin əsası 1992-ci ildə Naxçıvanda çox ağır  bir şəraitdə Yeni Azərbaycan Partiyası yaradılanda qoyuldu.

​Mən elə bilirəm bu Qələbənin əsası Ulu Öndərimiz 15 iyun 1993-cü ildə “Milli Qurtuluş” günü kimi qeyd etdiyimiz hakimiyyətə yenidən qayıdanda qoyuldu.  

​Mən elə bilirəm Ulu Öndər İlham Əliyev Cənabları haqqında “Mən ona  özüm qədər inanıram” deyəndə, İlham Əliyev Cənabları 15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndə qoyuldu. 

​Hazırda Azərbaycan möhkəm siyasi sabitliyin, davamlı inkişafın bərqərar olduğu, dünyada ən çox islahat aparan on ölkədən biridir. 

​2022-ci ilin I rübünün yekunlarına nəzər saldıqda görürük ki, ÜDM 6,8%, qeyri – neft iqtisadiyyatımız 10%-dən çox, xarici ticarət dövriyyəsi 60%-dən çox artıb. Bu ilin üç ayı ərzində Vergi Orqanları 500 milyondan çox, Gömrük Orqanları  200 milyondan çox vergi toplamışlar. Digər inkişaf etmiş ölkələr rübü mənfi saldo ilə başa vurduqları halda, Azərbaycanda müsbət saldo 5 milyard dollardan çoxdur. Bu da onu göstərir ki, bizim ixracımız idxalı üstələyir. 

​Bu gün Müstəqil Azərbaycan dünyada heç bir ittifaqa, heç bir bloka qoşulmayan, güclü iqtisadiyyata, müstəqil siyasətə, Qüdrətli Orduya malik bir ölkə kimi tanınır. Azərbaycan həmçinin, yüzlərlə ölkəyə yardımlar edən, köməklik göstərən donor bir ölkə, etibarlı tərəfdaş, BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatına sədrlik edən, sülhsevər, tolerant bir ölkədir.   Bu gün  Azərbaycan beynəlxalq aləmdə səmərəli əməkdaş, etibarlı tərəfdaş kimi qəbul olunur.

​Bax budur Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının rəhbərliyi altında gündən – günə yeni – yeni uğurlara, qələbələrə imza atan Ümummilli Liderin şah əsəri olan Müasir Azərbaycan ! Bax budur Ulu Heydər Əliyev ideyalarına sədaqətin, Möhtərəm Prezidentin etimadını, etibarını əməli işlərilə doğrultmağın əyani təcəssümü !

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri​

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31