YAP Nəsimi rayon təşkilatında 28 may – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib
26.05.2022 [15:43]
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 28 may – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon ərazi partiya təşkilatlarının sədr və müavinləri iştirak etmişdir.
Tədbir öncə Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildi. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayaraq bildirdi ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Müstəqil Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.
Sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu qeyd etdi ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunmuşdur.
Daha sonra çıxış edən Nəsimi rayon Ərazi Partiya təşkilatının sədri, Tarix elmlər doktoru Qorxmaz Mustafayev vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.
Sonuncu çıxış üçün söz Nəsimi rayon Ərazi Partiya təşkilatının sədri Yavər Məmmədova verildi. O bildirdi ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. 4 il öncə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Cümhuriyyət ili” elan edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili təntənə ilə qeyd olunmuşdu. Bu il isə ilk biz ilk dəfə 28 may tarixini müstəqillik günü kim qeyd edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

