Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Türkiyə və Azərbaycanın birliyi bölgəmizdə sülhün möhkəmlənməsinə xidmət edir

Türkiyə və Azərbaycanın birliyi bölgəmizdə sülhün möhkəmlənməsinə xidmət edir

02.06.2022 [13:39]

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan son illərdə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Amma 26-29 may tarixlərində keçirilən “TEKNOFEST Azərbaycan” festivalı həm dünyanın, həm də ölkə vətəndaşlarının diqqətini xüsusi olaraq cəlb etdi. Festival 7-dən 77-yə bütün insanlar üçün böyük maraq kəsb edirdi. Çünki həmin festivalda 44 günlük müharibə zamanı qələbəmizin əldə edilməsində çox böyük rol oynamış dronların, “Bayraqdar” pilotsuz uçuş aparatlarının, “Akınçı”-nın təqdimatı hamı üçün maraqlı idi. Festival günlərində türk və azərbaycan pilotlarının göstərdiyi hava şouları isə hər bir vətəndaşımız üçün xüsusi olaraq qürurverici idi. Düşmənlərimiz isə bütün bu baş verənləri izləyərək öz dərslərini almağa məcbur idilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: “Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük”. Əslində ölkə başçısı dəfələrlə söylədiyi fikri yenidən xatırlatmaqla həm düşmənlərimizə, həm də Qafqaz bölgəsində marağı olan ayrı-ayrı dövlətlərə mesaj verir ki, bu bölgədə hərəkət etmək istəyən dövlətlər Türkiyə və Qafqazın iqtisadi cəhətdən ən güclü döləti Azərbaycanla hesablaşmalıdırlar. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri yalnız rəsmi müqavilələrlə deyil, həmçinin millətin gen yaddaşına əsaslanır. Elə bunun nəticəsi idi ki, 44 günlük müharibə başladığı andan Türkiyə bizim yanımızda idi. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt, üstündən yüz illər keçsə belə unutmayacaq.

Bir məqama diqqət edək ki, 104 il əvvəl Bakının erməni işğalından azad edilməsində də biz çiyin-çiyinə döyüşmüşük. Bu o deməkdir ki, biz tariximizin ən önəmli anlarında biz bir yerdə olmuşuq. Azərbaycanın müzəffər Ali Baş Komandanı çıxışında deyir: “Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi”. Əslində bu, Prezident İlham Əliyev cənabları tərəfindən bütün dünyaya verilən aydın mesajdır ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artıracağıq.

2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Prezidentləri “Şuşa Bəyannaməsi”ni imzalamaqla iki ölkənin münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə yüksəltdilər. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Əslində dövlətlər və dövlət başçıları arasında olan münasibətlər xalqlarımız və vətəndaşlarımız üçün bir örnəkdir. Harada, hansı mövqedə olmasından asılı olmayaraq Türkiyə və Azərbaycan vətəndaşları vahid mövqedən çıxış etməli, daim bir yerdə olmalıdırlar. Belə bir mövqe Türkiyə və Azərbaycanın siyasi-iqtisadi inteqrasiyasını daha da sürətləndirə bilər, Qafqaz ölkələrinin bu inteqrasiyada təmərküzləşməsinə vəsilə ola bilər. Qafqazın Türkiyə ilə eyni mövqeydən çıxış etməsi bölgənin gələcək taleyini həll edə bilər.    

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30