Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 24 iyun 1993-cü il müasir Azərbaycanın ən mühüm tarixlərindən biridir

24 iyun 1993-cü il müasir Azərbaycanın ən mühüm tarixlərindən biridir

23.06.2022 [16:18]

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik yolu çətin dolambaclardan keçib. 1918-ci ildə yaradılan AXC-in varlığına Rusiya imperiyası tərəfindən son qoyulduqdan sonra SSRİ-nin tərkibinə qatılan Azərbaycan 1991-ci ildə imperiyanın dağılması ilə ikinci dəfə suverenliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə də xaricdən yeni təhdidlər və təhlükələrlə üz-üzə qaldı. SSRİ-dən ayrılmasının ardından Ermənistanın hərbi təcavüzü ilə qarşılaşan Azərbaycana qarşı işğalçı siyasət yürüdülməyə başlandı.

Ermənistanın ölkəmizə qarşı təcavüzünün qısa müddətdə böyük vusət almasının, bu işğalçılıq siyasətinin günü-gündən genişlənməsinin və ard-arda ərazilərimizin işğal olunmasının, Xocalı soyqırımının baş verməsinin bir səbəbi də ölkədə bir-birini əvəz edən hakimiyyətlərin başında duran şəxslərin antimilli siyasət yürütməsi və səriştəsiz olamaları idi. Ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi, imperiyadan ayrılmanın mümkünsüzlüyünü fikirləşən bir qrup və idarəçilikdən zərrə qədər xəbəri olmayan ikici qrupla hakimiyyət savaşına qalxmışdı. Gedən hakimiyyət savaşı ölkədə hərc-mərclik yaratmaqla yanaşı, orduda da vəziyyəti ağırlaşdırmışdı. Bunun nəticəsində isə fərarilik halları getdikcə artırdı. Erməni təcavüzü günü-gündən daha güclənirdi.  Artıq Qarabağ müharibəsində iştirak edən könüllü hərbi kontingentlər özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin qarovulçusuna çevrilməyi daha üstün tuturdular.  

Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər və qruplar arasındakı mübarizə hətta seperatizmə yol açmışdı. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti, səriştəsizliyi ilə seçildi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşnalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini açıq şəkildə göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görsənirdi. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. 

Problemlər məngənəsində olan gənc Azərbaycan dövləti xəritədən stlinmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana yönəlmişdi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev xalqın yeganə nicat yolu idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. İyunun 24-dən səlahiyyətilərini icra etməyə başlayan Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın inkişaf yolunun əsasını qoydu. Bu gün özündə tarixi bir prosesin - Azərbaycan dövlətçiliyinin əsasını əks etdirməklə yanaşı böyük fəlsəfi məna daşıyır. Xalqların, dövlətlərin üzləşdikləri fəlakətlərin aradan qaldırılmasında məsuliyyət daşıyan şəxsiyyətlərin tutduqları mövqe böyük əhəmiyyətə malikdir. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli lider yenidən hakimiyyətə qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı regionun lider dövlətinə çevirdi.

1993–cü ilin yayında Azərbaycanın olduqca çətin və gərgin günlərində daxili çəkişmələr, erməni təcavüzü, o cümlədən digər separatçı qüvvələrin fəallaşması dövləti eyni anda yaxaladığı bir zamanda vəziyyətdən çıxış yolu tapmaq üçün dahi olmaq gərəkirdi. Sonralar Ulu öndər bu məsələ ilə bağlı bildirirdi: "1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”".

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı üzləşdiyi təhlükədən qurtarmaqla bərabər özündə yeni siyasi, iqtisadi, hüquqi, ideolji, mənəvi zəmində fərqli bir situasiyanın formalaşması kimi olduqca geniş bir spektri əhatə etdi. Bu da öz növbəsində ən dəyərli milli sərvət hesab olunan müstəqilliyin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin etdi.

Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasəti Azərbaycanı reginun liderliyindən güc mərkəzinə çevirib. 24 iyun 1993-cü ildən başlanan müasir dövlətçilik yolumuz bu gün də Ulu öndər ideyaları ilə davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə məhz Ulu öndər tərəfindən əsası qoyulan zəfər yolunun uğurla davam etdirilməsi nəticəsində reallaşdı.

Bu gün Azərbaycan faktiki olaraq Cənubi Qafqaz regionunun təhlükəsizlik qarantına çevrilib. İstər coğrafi-tranzit şəraiti baxımından, istər malik olduğu karbohidrogen ehtiyatları, istərsə də dövlətin demokratik ənənələrə sadiqliyi Azərbaycanın beynəlxalq aləmdəki çəkisinin günü-gündən artmasını şərtləndirir. Ölkəmiz sözün əsl mənasında yerləşdiyi ərazinin aparıcı güc mərkəzidir. Bu, Prezident İlham Əliyevin yürütdüyü düzgün, davamlı və qətiyyətli siyasi kursun əldə etdiyi nailiyyətdir.

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 95 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30