Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş dayanır
19.07.2022 [15:04]
Bu il iyul ayının 15-də keçirilmiş birinci yarımilliyin yekunlarına həsr olunan müşavirədə Möhtərəm Prezidentimiz İlham Əliyev ötən dövrdə görülən işləri müzakirə edərək qarşıda duran taleyüklü məsələlər barədə ətraflı məlumat vermişdir. Keçən müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin vaxtında icra edildiyini diqqətə çatdırmışdır.
Prezidentimiz müşavirədə vurğulamışdır ki, dövlət büdcəsi təkcə neftin qiymətinin artırılması nəticəsində böyüməmişdir. Dürüstləşdirmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Hər kəs bilməlidir ki, dünyada neftin qiymədi qalxsa da, dünyanın kapital bazarları çöküb, ancaq biz öz işimizlə islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, dürüstlük, hesabatlılıq imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılsın. İqtisadi artıma toxunan prezidentimiz bildirib ki, iqtisadi artım və qeyri – neft iqtisadiyyatının artımı istiqamətləri üzrə yaxşı nəticələr qazanılıb. İqtisadiyyatımız 6,2 faiz qeyri – neft iqtisadiyyatı 9,6 faiz, sənayə sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri – neft sənaye sahəsində 11,5 faiz artıb. Bu nəticələr maaşları və pensiyaları artırmağa imkan verir.
Müşavirədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu. Ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edilir.Ölkə başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.
Qürurverici haldır ki, geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, həmçinin, heç bir yerdən dəstək almadan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir. Şəhərləri, kəndləri yenidən qururuq. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimiz bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Fəxrlə deyə bilərik ki, ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Bütün bunlara paralel olaraq əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün addımlar atılır, sosial məsələlər həll edilir. Sadəcə bir misalı demək kifayətdir. Bu il orta aylıq əmək haqqı təxminən 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Vətəndaşlarımızın həyat standartlarının daha da yüksəldilməsi üçün dövlət hər zaman bütün addımları atıb, bundan sonra da atmağa davam edəcək. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

