/ / Azərbaycan dövlətinin möhkəmlənməsi məhz Heydər Əliyevin uğurlu və uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir
Azərbaycan dövlətinin möhkəmlənməsi məhz Heydər Əliyevin uğurlu və uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir
05.09.2022 [10:30]
Azərbaycanın siyasi tarixinə qurucu və xilaskar insan kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev də tarixin yaratdığı belə şəxsiyyətlərdən biridir. Məhz onun kimi dahi insanların bioqrafiyası, həyatı, ictimai-siyasi fəaliyyəti ideal bir məqsədə, müstəqillik əldə etmiş Azərbaycan dövlətinin uğurlu gələcəyinə həsr edilib. İstər onun şəxsi həyatı, istərsə də siyasi fəaliyyəti böyük, ideoloji bir məktəbdir. Bu məktəb insana Vətənə və xalqa dərin məhəbbət hissi öyrədir. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin ideologiyası öyrənilməsi vacib olan xəzinədir. Azərbaycan dövlətinin möhkəmlənməsi, dünyada nüfuz qazanması və inkişafı məhz ümummilli lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir. Ulu Öndərin həyatını və siyasi fəaliyyətini öyrənmək onun ideologiyası ilə silahlanmaq deməkdir
Ötən əsrin 90-cı illərinin əvvəllərində müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, uçurum kənarında, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü Azərbaycanı uçuruma aparırdı. Yenicə bərpa etdiyimiz müstəqillik məhz bu yarıtmaz cütlüyün "fəaliyyəti" nəticəsində əldən gedirdi. Ölkədə xaos, talançılıq, özbaşınalıq, böhran hökm sürürdü. Belə bir vəziyyətdə isə erməni hərbi birləşmələri hakimiyyət uğrunda gedən siyasi çəkişmələrdən istifadə edərək qədim torpaqlarımıza, Qarabağ kimi dilbər guşəmizə göz dikərək işğal altına aldı. 29 il əvvəl Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti ələ aldı. Məhz onların yaratdığı xaos, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsinə gətirib çıxardı. Ölkə demək olar ki, dağılırdı və bu talançılıqdan qurtulmaq üçün yeni bir siyasi Liderə ehtiyac var idi.
1993-cü ilin may-iyun aylarında müstəqilliyimizin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Xalqın xilaskarı Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Azərbaycanda yeni bir eranın əsası qoyuldu. Bundan sonra ölkənin böhrandan çıxma prosesi başladı, ardıcıl şəkildə məqsədyönlü islahatlar həyata keçirildi. Heydər Əliyev Azərbaycanı anarxiyadan sabitliyə çıxardı. Azərbaycanın sülhə yönəlmiş xarici siyasət meylləri Heydər Əliyevin bir sıra qabaqcıl ölkələrə səfərlərində də öz əksini tapmışdı. O, uzaqgörən siyasətçi kimi həm Azərbaycanın milli dövlət mənafeyi, həm də regionda sabit sülhün bərqərar olmasına çalışırdı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ölkənin inkişafı istiqamətində böyük işlər həyata keçirildi. Məhz həmin dövrdə xalqımızın başına gətirilmiş 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Konstitusiya qəbul edildi, həmçinin ölkədə siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bu genişmiqyaslı islahatlar isə Azərbaycanın regionda daha da güclənməsinin və böyük nüfuz qazanmasının başlanğıcı idi.
Təbii ki, Heydər Əliyevin prezident seçildikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri də AXC-Müsavat cütlüyünün dövründə itirilmiş torpaqlarımızın və ərazi bütövlüyümüzün yenidən bərpa edilməsi idi. Bunun üçün hətta bir sıra beynəlxalq qurumlar da "fəaliyyət" göstərərək bu məsələnin sülh yolu ilə həll olunmasında vasitəçilik edirdilər. Amma bütün bunlar sözdə idi, əməldə yox. Azərbaycan bu mübarizədə dost ölkələri çıxmaq şərti ilə demək olar ki, tək idi. Lakin vaxt keçdikcə aparılan islahatlar və ordu quruculuğu işləri daha da gücləndirildi. Nizami ordumuz yarandı, hərbi arsenalımız yeni silahlarla zənginləşdirildi. 2003-cü ildə onun yarımçıq qalan işlərini tamamlamaq üçün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldi. Təbii ki, yenə də məqsəd eyni idi - ərazi bütövlüyümüzün bərpa edilməsi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin dövlətlər arasında ön sıralarda qərarlaşması. İlham Əliyevin prezident seçilməsindən sonra ölkədə tikinti-quruculuq, idman, iqtisadiyyat, kənd təsərrüfatı, enerji, nəqliyyat və ordu quruculuğu sahəsində mühüm işlər həyata keçirildi. Ölkəmiz xarici dövlətlərlə dostluq əlaqələrini daha da möhkəmləndirərək beynəlxalq aləmdə öz imicini formalaşdırdı.
Ölkəmizin ən böyük uğuru isə ötən il 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalçılarından azad edilməsidir. Bu haqq savaşında xalq öz iradəsini ortaya qoyaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Məhz bu birlik sayəsində rəşadətli Ordumuz 28 ildən sonra tarixi ədaləti bərpa edərək doğma torpaqlarımızı düşmənlərdən azad etdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş oldu.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının Sədri
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
