İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir
07.09.2022 [12:47]
Ölkəmizin Avropa və Asiyanın qovuşağında yerləşməsi, hər iki qitənin qabaqcıl dövlətləri ilə geniş əlaqələr qurmaq istəyi onu Avropa siyasəti üçün önəmli yerə çıxarır.
Bugün Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.
1997-ci ildən başlayaraq bugünə qədər müxtəlif dövrlərdə dövlət başçılarının qarşılıqlı olaraq rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər bütün sahələrdə əməkdaşlığımızın, aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir.
Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu 44 günlük Vətən Müharibəsi dövründə bir daha özünü göstərdi. İtaliyanın parlament nümayəndələrinin müharibənin başa çatmasından sonra, qısa zamanda Azərbaycana səfəri ilə həmrəylik ifadə etməsi ölkələrimiz arasında güclü dostluq münasibətlərinin təcəssümüdür.
Bugün İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında olan münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.
2009-cu ildə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dollarına yaxın olub. Ötən illərdə iqtisadi əməkdaşlıq davamlı olaraq eyni səviyyədə olsa da, cari ilin bir neçə ayı ərzində iqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə inkişaf edib. Bu da öz növbəsində Azərbaycanı regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynamasına görə Avropanın etibarlı strateji tərəfdaşına çevirib.
Ölkəmiz Xəzər hövzəsinin enerji daşıyıcılarının Qərbə nəql edilməsi, TRASEKA proqramının həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, region ölkələrinin inkişafında və Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
İki ölkə arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Artıq Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 150 şirkəti fəaliyyət göstərir.
Məlumdur ki, İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər.
Demək olar ki, son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. Çünki üçtərəfli Bəyanatın imzalanmasından sonra regionda sülhə xələl gətirmək istəyən ermənipərəst qüvvələrin qəbul etdikləri tövsiyə xarakterli saxta çağırışlar fonunda biz həm 44 günlük müharibə dövründə, həm də ondan sonrakı dövrdə İtaliya bir neçə dəfə Azərbaycandakı səfirlik vasitəsilə ölkəmizə dəstək bəyanatları verdi.
Eyni zamanda bugün İtaliya-Azərbaycan əlaqələrindən danışarkən ilk növbədə enerji layihələri nəzərdə tutulur. Xüsusilə indiki halda İtaliyanın Avropa İttifaqının vacib dövlətlərindən biri olması gələcəkdə Xəzərdən və Xəzər vasitəsi ilə enerji resurslarının Aİ-yə nəqli məsələlərində Romanın dəstəkləyici qüvvə kimi çıxış etməsi imkanını genişləndirir.
Məhz cari ilin 2 sentyabr tarixində Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı mühüm məqamları ilə yadda qaldı.
Belə ki, Prezident İlham Əliyev Forumda çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə əməkdaşlığın inkişafına olan əhəmiyyətindən bəhs edib. Eyni zamanda da respublikamızın enerji strategiyası ilə bağlı bütün bu məqamlara nəzər salmaqla bərabər, hazırda Avropanın ciddi ehtiyac duyduğu ölkəmizin təbii qaz potensialını da konkret göstəricilərlə xarakterizə edib. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə çatdıraraq, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğulayıb.
Həmçinin Forumda çıxışı zamanı son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atıldığını diqqətə çatdıran ölkə başçısı bildirmişdir ki, Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Ölkəmizin hər il Bakıda təşkil etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında əldə olunan razılaşmaya əsasən, 3500 kilometr uzunluğunda Cənub Qaz dəhlizi boru kəməri inşa edildi. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır. Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans-Adriatik boru kəmərinin əhəmiyyəti böyükdür. Dəhliz vasitəsi ilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin böyük perspektivi olduğunu deməyə əsas verir.
Sevindirici haldır ki, bugün İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək quruculuq işlərində iştirakda maraqlıdır. Çünki Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addımdır.
İnanırıq ki, Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18

