Azərbaycanın beynəlxalq müstəvidə xüsusi yeri və rolu vardır
21.09.2022 [11:50]
Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki,ölkəmiz dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli əlaqələr qurur.Respublikamız dünyada sözü ilə əməli bir olan, haqqın, ədalətin, bərabərliyin, mehriban qonşuluğun tərəfdarı olan ölkə imici qazanmışdır.
Ölkəmizin hərtərəfli əməkdaşlıq etmək istədiyi qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır.
Son dövrlərdə dünyada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində vacib rol oynamağa başlayan Şanxay Əməkdaşlıq Təşkilatı diqqəti daha çox cəlb etməyə başlayıb. 2001-ci ildə 6 dövlət tərəfindən təsis olunan bu qurumun artıq 9 üzvü vardır.Dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizim, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi münasibətlərin yaradılması kimi amillər daxildir.
Azərbaycan bu təşkilatla əməkdaşlığı daha da artırmağa böyük önəm verir.Məhz bu səbəbdən ölkəmizlə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın Avrasiya məkanında tranzit qovşağına çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, geniş nəqliyyat strukturuna malik olması bu qurum üçün cəlbedicidir.
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı Prezidentimiz bir çox mühüm məsələlərə toxundu. Prezidentimiz çıxışı zamanı bildirib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.Azərbaycanın Ermənistanla bir birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edildiyini bildirən ölkə başçımız təəssüflə qeyd etmişdir ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir.Dövlət sərhəddində törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurduğunu deyən cənab İlham Əliyev 27 il ərzində ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilmədiyini bildirib. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.
Beynəlxalq müstəvidə xüsusi çəkisi və yeri olan Azərbaycan hər zaman beynəlxalq hüququn və tarixi ədalətin bərpasına çalışır.İstəyir ki,dünya dövlətləri mehriban qonşuluq, dostluq, əminamanlıq şəraitində yaşasınlar.Beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılsın.
Vüsal Hüseynov
YAP Qazax rayon təşkilatı “Gənclər Evi”ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

