Ramil Orucov: 44 günlük Vətən müharibəsi gələcəyimizə işıq saldı
03.10.2022 [13:13]
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində Şanlı Azərbaycan Ordusunun erməni təxribatına verdiyi cavab, uğurlu “Dəmir Yumruq” əməliyyatı Vətənimizin, bütövlükdə regionun tarixini dəyişdi.
Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələri, düşmən qüvvələrinin Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyası tamamilə darmadağın edildi, Ali Baş Komandanın əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan biabırcasına qovdu.
Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Azərbaycanın tarixi qələbəsi dünyaya bəyan edildi, Şuşada, Qubadlıda, Laçında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, işğaldan azad edilən neçə-neçə şəhər və kəndlərimizdə yenidən ucaldılan üçrəngli bayrağımız düşmənə gözdağı oldu. 44 günlük Vətən müharibəsindəki döyüşlərdə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun şücaəti yeniyetmə gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı.
Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsinə uyğun olaraq həll olunmasına ciddi səylər göstərdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha da azğınlaşmasına və mülki əhalimizə qarşı hücumlara artıq dözmək mümkün olmadı. Səbri tükənmiş Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə, BMT- Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq, (BMT Nizamnaməsinin 51-ci maddəsi ilə dövlətlərə verilən özünümüdafiə hüququ verilib) 30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqlarının azad edilməsi üçün "Dəmir Yumruq" əməliyyatına start verdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi manevrləri qarşısında diz çökməyə, kaputiliyasiya aktı imzalamağa məcbur oldu.
2020-ci ilin 27 sentyabr Azərbaycan tarixinə Anım günü kimi yazıldı. Bu gün zəfərimizin başlanğıcı oldu. Vətən müharibəsinin ilk günündən dinindən və irqindən asılı olmayaraq hər kəs Ali Baş Komandana və Azərbaycan Ordusuna həmrəylik nümayiş etdirərək Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmək, günahsız insanların intiqamını almaq üçün ölüm-qalım savaşına qalxdı.
Vətən savaşında ilk azad edilən Füzuli rayonunun Qaraxanbəyli kəndində xatirə lövhəsinin qarşısında Prezident cənab İlham Əliyev bir daha qeyd etdi: "Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".
2020-ci il 27 sentyabrında ilk şəhid verdiyimiz yerdə - şəhidlərimizin şərəfinə Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında ucaldılan abidəni ziyarət edərkən xalqımıza müraciət edən ölkə Başçısı deyib ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Anım günündə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Füzuliyə səfəri həm də şəhidlərimizin ruhuna ehtiramın göstəricisi idi. 2 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan 44 günlük Vətən müharibəsi Prezident cənab İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü oldu. Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi yalnız müasir müstəqilliyimizin deyil, bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri kimi gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu.
Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

