Azərbaycan-Qırğızıstan əməkdaşlığı Avrasiyanın nəqliyyat qovşağına mühüm töhfədir
17.10.2022 [10:53]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
Mövcud beynəlxalq münasibətlər fonunda etibarlı tərəfdaş dövlət kimi tanınan Azərbaycanın dost və strateji tərəfdaşlarının sayı gündən-günə artır. Ölkəmiz regional və milli təhlükəsizliyi təmin etməyə yönəlmiş təşəbbüsləri iləstrateji tərəfdaşlığın mühüm mərhələsində yeni hədəflərə doğru əmin addımlarla irəliləyir.
Xüsusilə də türk və islam dünyası, türkdilli dövlətlərlə əlaqələrin ən yüksək mərhələsini yaşayan Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına səfəri, keçirdiyi görüşlər, Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı tarixi, siyasi-diplomatik əhəmiyyətinə görə diqqət mərkəzində olub.Əslində Azərbaycanın Orta Asiya respublikaları, o cümlədən Qırğızıstanla siyasi əlaqələrinin hazırkı vəziyyəti həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərində xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində imzalanmmış bir sıra sənədlər, hər iki ölkənin başçıları arasında formalaşmış şəxsi münasibətlər, qarşılıqlı hörmət və etimad yaxın gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsində, iqtisadiyyatda, kənd təsərrüfatında yeni əməkdaşlıq əlaqələrinə təkan verəcək.
6 ay əvvəl Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verib.
Oktyabr ayında Bişkekdə hər iki ölkə Prezidentlərin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Ulu Öndər Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziya təhsil-tərbiyə kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışları bir daha dost ölkənin Azərbaycana olan münasibətinin real mənzərəsidir.
Cənubi Qafqazın lider dövləti Azərbaycanın Mərkəzi Asiyanın önəmli qüvvələrindən olan Qırğız Respublikası ilə münasibətlərində yeni yüksəliş mərhələsi onu da deməyə əsas verir ki, yaxın zamanlarda müxtəlif istiqamətlər üzrə iqtisadi-ticari əlqələr yüksələn xətlə inkişaf edəcək.
Bakı ilə Bişkekin qardaşlaşmış şəhərlərə çevrilməsi, hərtərəfli əməkdaşlıq əlaqələri təkcə iki ölkə arasında deyil, regionda işbirliyinin dərinləşməsinə, qlobal platformalarda bir-birinin maraqlarını qətiyyətlə müdafiə etməyə xidmət edəcək. Eyni zamanda, Azərbaycan-Qırğızıstan əməkdaşlığı Avrasiyanın nəqliyyat xəritəsinin yenidən tərtib olunmasına mühüm töhfədir. İki ölkənin işbirliyi fonunda "Cənub-Qərb" və "Şimal-Qərb" dəhlizlərinin potensialını genişləndirmək üçün geniş imkanlar yaranıb.
Ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklərlə birləşənAzərbaycan və Qırğızıstan əməkdaşlığı hər iki ölkəyə, bütövlükdə türk dünyasına mühüm siyasi imkanlar, iqtisadi dividendlər və strateji üstünlüklər qazandıracaq, onlar arasındakı əlaqələri ildən-ilə daha da inkişaf edirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

