Azərbaycan ədalətli sülhün tərəfdarıdır
21.10.2022 [11:02]
44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri də Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizidir. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün hazır olduqlarını bildirirlər. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcək. Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin gerçəkləşməsini istəmir. Onlar bu məqsədlə bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq ermənilər dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistanın özü üçün böyük dividend gətirə bilər.
Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regional və beynəlxalq siyasətin əsas aspektlərindəndir. Dəfələrlə açıq şəkildə Ermənistan rəhbərliyinə açıqlanıb ki, 10 noyabr Bəyanatında qeyd edilən bütün maddələr beynəlxalq hüquqa və hər iki tərəfin ərazi bütövlüyünə uyğundur. Görünür onlar bunu tam dərk edə bilmir, ya da bilərəkdən dərk etmək istəmirlər. Ermənilər ikibaşlı oyun oynamaqla, özləri də yaxşı bilirlər ki, sadəcə prosesi ləngidir, heç kimə faydası olmayan mənasız hərəkətlər edirlər. Ermənistan rəhbərliyi hər gün fərqli fikirlərlə onsuz da erməni xalqının xəyalpərvərlik ucbatından çətinliklərlə üzləşən düşüncələrini bir qədər də bulandırır. Biri çıxıb deyir ki, Zəngəzur dəhlizinin açılması tam məğlubiyyət deməkdir. Başqası dəhlizlərin açılmasının ölkə üçün faydalı olacağını bildirir. Biri də çıxıb deyir ki, nə dəhliz, nə Zəngəzur - müqavilədə elə bir maddə yoxdur. Bunun gülünc tərəfi isə Ermənistanın baş nazirinin bir-biri ilə heç bir əlaqəsi olmayan vədlər verməsi, açıqlamalar etməsidir. Bir gün Zəngəzur dəhlizinin yaradılmasının öz ölkəsi üçün faydalarından danışan erməni rəhbər ertəsi gün bunun əksinə fikirlər söyləyir.
Dəfələrlə deyildiyi kimi, əgər ermənilər doğru seçim etsələr, bu, onların iqtisadiyyatı üçün faydalı ola bilər. Beləliklə, əhalinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi də heç kəs üçün sirr deyil. Lakin Ermənistanda xaosu, anarxiyanı həll etmək görünür, o qədər də asan olmayacaq. Qısası, bu ölkədə hər ağızdan bir avaz gəlir. Görünən odur ki, nə olursa-olsun Ermənistan üçtərəfli Bəyanatın müddəalarını icra etməlidir. Çünki buna məcburdur.
Prezident cənab İlham Əliyev 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışında qeyd etmişdir ki: “Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.”
Ermənistanın siyasi-hərbi rəhbərliyi son günlər müxtəlif hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür. Bütün bunların fonunda Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir, humanist bir addım atır, Ermənistan isə bundan imtina edir, yenə də təxribatlara əl atır. Son aylar ərzində Ermənistanın ölkəmizə qarşı təxribatları daha intensiv xarakter almışdı. Ermənistan bölgədə sülhün bərqərar olmasını istəmir. Ermənistan revanşist siyasətini davam etdirir və çirkin əməllərə əl atır. Ermənistanın sentyabrın 12-də sərhəddə törətdiyi geniş miqyaslı təxribat Vətən müharibəsindən sonra törədilən ən böyük təxribat idi. Lakin ordumuz bu təxribatın qarşısını layiqincə aldı və Ermənistana növbəti dərs verdi. Bu döyüşlər də Azərbaycanın qələbəsi ilə başa çatdı, ordumuz bir çox strateji yüksəklikləri və mövqeləri nəzarətə götürdü və sərhəd boyu əldə olunan mövqelər istənilən erməni təxribatını qabaqcadan görməyə və önləməyə imkan verəcək. Odur ki, əgər Ermənistan təxribatları davam etdirsə daha ağır duruma düşəcək. Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaq.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

