Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
10.12.2022 [15:35]
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə BXA-nın Tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, İnzibati-təsərrüfat işləri üzrə prorektor, Əməkdar artist Fərid İbrahimov, Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, elmi katib, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev, tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, kafedra və şöbə müdirləri, akademiyanın müəllim-tələbə heyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov və Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, görkəmli bəstəkar Faiq Sücəddinov iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində ulu öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitq ilə açan Əməkdar artist Nailə Məmmədzadə ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi qayğısına diqqət çəkib:
"Xalqımız ulu öndərin Azərbaycan dövləti qarşısında göstərdiyi xidmətləri hər zaman ehtiramla yad edir. Ümummilli liderimiz deyirdi ki,
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də ulu öndərin hakimiyyət illərində Azərbaycan mədəniyyətinin inkişafı diqqət mərkəzində olub".
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri Azərbaycan tarixinin möhtəşəm səhifələrini təşkil edir. Ötən əsrin 70-ci illərindən etibarən, milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. Hazırda Ulu Öndərin siyasi kursunu onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə çıxış edən BXA-nın Xarici əlaqələr üzrə prorektoru Təranə Muradova, , Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, BXA-nın Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də elm və incəsənət nümayəndələrinə göstərdiyi əvəzolunmaz qayğı və xidmətlərindən geniş söz açıblar.
Tədbirin sonunda Əməkdar artist İlham Nəzərov tərəfindən M. Maqomayevin “Azərbaycan” mahnısı və Xalq artisti, bəstəkar Faiq Sücəddinov tərəfindən ulu öndərin şərəfinə bəstələdiyi “Heydər Əliyev – 100 yaş” musiqi kompozisiyası fortepianoda ifa edilib.
Tədbir “Sən elə bir zirvəsən” mahnısının müşayiəti ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

