Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub
23.12.2022 [12:03]
“Məlum olduğu kimi, Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşləri keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş məntiqi ondan ibarətdir ki, Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Eyni zamanda, iki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının böyük tarixi var və sirr deyil ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən ölkələrdir: “Bu mənada, bu gün bir-biri ilə sıx əlaqədə olan Azərbaycan və Serbiyanın gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm amillər mövcuddur. Onu da əlavə etmək lazımdır ki, ölkələr hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq”.
“Prezident İlham Əliyevin bildirdiyi kimi Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar” – deyən Ramil Vəlibəyov əlavə edib ki, iki ölkə arasında qəbul edilmiş qərarların reallaşdırılması ilə inkişaf dinamikasını yüksəltmək, ticarət, nəqliyyat-logistika, energetika, müdafiə sənayesi və başqa sahələrdə uğurlu əməkdaşlıq nümunələri ortaya qoymaq mümkündür: “Heç şübhəsiz ki, iki ölkənin əldə etdiyi qarşılıqlı razılaşmaların icrası əsasında ticarət dövriyyəsi artacaq. Eləcə də uğurlu əməkdaşlıq özünü Azərbaycan və Serbiya ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyətdə də göstərəcək. Əlbəttə ki, ən geniş və mühüm əməkdaşlıq sektorlarından birini də energetika sahəsi təşkil edir. Hazırda Avropaya qaz nəqlini həyata keçirən Azərbaycanın Serbiya ilə həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları var. Bu gün 22 milyard kubmetr qaz ixrac edən Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Yəni, bu gün Azərbaycan Avropanın enerji təminatı mənbəyidirsə, gələcəkdə həm də enerji koridoru, qovşağı olacaq. Serbiya da öz növbəsində 2023-cü ildə qaza olan tələbatının 40 faizə qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Bu məqamda elektrik enerjisinin ixracı və idxalı sahəsindəki əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır. Çünki Serbiyanın elektrik enerjisinə olan tələbatının 10 faizini də idxal edir. Qış aylarında isə bu rəqəm 30 faizə qədər artır. Ona görə də bu ölkənin elektrik enerjisi idxal etmək planları da genişdir. Belə məqamda Qara dəniz vasitəsilə Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən elektrik paylayıcı şəbəkənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu fonda isə təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, təsdiq olunmuş bərpaolunan enerji potensialının 167 qiqavatdan çox olan Azərbaycanın Serbiyanın da enerji təhlükəsizliyinin təminatı nöqteyi-nəzərdən əvəzsiz rolu bir daha diqqət mərkəzinə gəlir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50

