Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın son 19 ildə əldə etdiyi böyük zəfərlər Prezident İlham Əliyevin adı ilə bağlıdır

Azərbaycanın son 19 ildə əldə etdiyi böyük zəfərlər Prezident İlham Əliyevin adı ilə bağlıdır

23.12.2022 [16:26]

Dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq qələbələrə imza atıb. Son illərin tarixi reallıqları sübut edir ki, Azərbaycanın qısa müddətdə qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilməsini şərtləndirən yeganə amil Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan tarixində heç zaman bu günkü kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkəmizdə bu siyasətə alternativin olmadığını təsdiq etdi.

Ölkə Prezidenti cənab İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər vədini yerinə yetirdi, ilk gündən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Ən əsası isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Zəfərlə sona çatdı, ərazi bütövlüyümüz bərpa edildi, Azərbaycanın bütün sərhədləri boyunca bayrağımız dalğalandırıldı. Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəri olan ərazi bütövlüyümüzün bərpa olunması müstəqillik tariximizin ən parlaq səhifəsinə yazıldı.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində adını tarixə qalib dövlət kimi yazdıran Azərbaycan dövlətinin hazırda milli ideyası Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq və keçmiş məcburi köçkünləri öz yurdlarına qovuşdurmaqdır. Dövlət başçımızın bəyan etdiyi kimi, bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması.

Qürurverici haldır ki, bu gün qalib dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər müstəqil Azərbaycanın təhlükəsizliyi, əmin-amanlığı, iqtisadi inkişafı naminə davam edir. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bölgədə yeni əməkdaşlıq platformaları yaradılır, qlobal nəqliyyat-tranzit layihələri reallaşdırılır. Bu da əlbəttə ki, ilk növbədə bölgədə təhlükəsizliyin təmin olunmasını və region dövlətləri üçün iqtisadi dividendlərin əldə edilməsini şərtləndirəcək.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik dövlət kimi tanınır. Hazırda Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları, mötəbər qurumları ilə əlaqələrini daha da genişləndirib, möhkəmləndirib. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlarla uğurla əməkdaşlıq edən ölkə kimi sübut edib. Ona görə də bu gün dünya dövlətləri, beynəlxalq qurumlar Azərbaycanla sıx əməkdaşlıq edir, dövlətimizin siyasi proseslərdəki rolunu yüksək qiymətləndirirlər.

60 illik yubileyini ailə üzvləri ilə birgə şanlı zəfərimizin zirvəsi, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində qeyd edən Prezident cənab İlham Əliyev Cıdır düzündəki çıxışında qeyd edib ki, 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.

“Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın son 19 ildə əldə etdiyi böyük zəfərlər məhz daim xalqının yanında olan, ancaq milli maraqlara xidmət edən siyasət yürüdən, 30 illik münaqişəyə son qoyan Müzəffər Ali Baş Komandan, alternativsiz Lider, əsl sərkərdə kimi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi heykəl ucaldan Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır” – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28