Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna münasibəti ölkəmiz üçün yeni və tarixi hədəfləri müəyyənləşdirdi

Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna münasibəti ölkəmiz üçün yeni və tarixi hədəfləri müəyyənləşdirdi

27.12.2022 [22:38]

İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna münasibəti ölkəmiz üçün yeni və tarixi hədəfləri müəyyənləşdirdi Artıq uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları öz doğum günlərini məcburi köçkünlərlə bir yerdə keçirirdi. Ötən il isə ölkə başçısı doğum gününü Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirdi. 2022-ci ilin dekabrın 24-nü isə möhtərəm Prezidentimiz Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.

Bu görüşdə verilən mesajlar Azərbaycan cəmiyyətinin öz tarixi keçmişinə bir daha diqqət yetirməli olduğunu göstərdi. Eyni zamanda bir daha dünya ictimaiyyətinə bəyan edildi ki, Azərbaycan Respublikası Azərbaycan SSR-nin deyil Azərbaycan Xalq Cümhiriyyətinin hüquqi varisidir. Prezident deyir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Bu fikirdə Qərbi Azərbaycanlıların Vətən həsrətinə son qoyulacaq günün yaxınlarda olacağı əks olunur. Qeyd olunur ki, tarixin müxtəlif vaxtlarında öz doğma torpaqlarından məhrum edilmiş xalqımız XX əsrdə çox böyük faciələrlə üzləşib. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu unutmamalıdır. Tariximiz heç vaxt təhrif olunmamalıdır. Bu gün bütün xalqımızın hədəfi böyük olmaqdır. Böyük olmaq zamanın tələbidir. Böyük olmağın bir yolu da Qərbi Azərbaycandan keçir. Qərbi Azərbaycana qayıdış Vətən müharibəsindəki tarixi zəfərin davamı kimi, xalqımızı daha da möhtəşəm edəcək. Təbii ki, bu işdə dövlətimiz Qərbi Azərbaycana qayıtmaq istəyində olanlara hər cür dəstək göstərəcək. Qərbi Azərbaycandan olan ziyalılarla görüşdə Prezidentin əzmi Azərbaycanın yaxın gələcəkdə bu istəyinə nail olacağını, ata-baba yurdundan didərgin düşmüş insanların Qəbi Azərbaycana qayıdacağından xəbər verir. Prezident öz çıxışında tövsiyə edir ki, bütövlükdə, XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn on minlərlə əcnəbi bu gün öz göz­ləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb: “Bu gün orada gedən geniş­miqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”. Qarşıda duran vəzifələrdən biri də ondan ibarətdir ki, Qərbi Azərbaycan İcması və icmada təmsil olunan ziyalılar diplomatlarımızın və diaspor təşkilatlarımızın köməyi ilə xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. Bunun üçün gəncliyin imkanlarından istifadə edilməli, sosial platformalardan bəhrələnmək lazımdır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması Qafqazda yeni proseslərin başlanması ilə eyni dövrə təsadüf edir. Bu mənada yeni bir Qafqaz formalaşdırılmasında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak edə bilər.

 

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28